“Mastercard” şirkəti və İsveçin “Doconomy” startapı, yeni DO mobil bankçılıq xidmətini işə salıblar. Bu xidmət istifadəçilərə CO2 tullantılarını izləmək və kompensasiya etməyə kömək edəcəkdir. DO artıq aprel ayında ictimaiyyət üçün açıq olacaq.
DO tətbiqi BMT-nin sertifikatlaşdırılmış layihələri üçün karbon emissiyalarının ödənilməsi proqramlarına qoşulma imkanını verir. “Mastercard”-ın mətbuat xidmətinin verdiyi məlumata görə, xidmət vasitəsi ilə, insanların fəaliyyəti və planetin ümumi yaxşılığına yönəldilmiş fondlara investisiya edə bilərsiniz.
Eyni zamanda, istifadəçilər emal olunmuş tullantılardan hazırlanmış və təhlükəsiz DO “Mastercard” ödəniş kartını da sifariş edə bilərlər. Kart Air-lnk mürəkkəbinin köməyi ilə hazırlanıb.
Bundan əlavə olaraq, BMT-nin katibliyi, “Doconomy” və “Mastercard” ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib. Burada əsas məqsəd iqlim dəyişiklərinə qarışı mübarizə aparmaq və dünya üzrə vətəndaşları qlobal problemlərdən xəbərdar olmasına nail olmaqdır.