26 C
Baku
Saturday, July 27, 2024

“Mastercard”dan Azərbaycanda nağdsız ödənişlərin böyüməsi üçün yeni xidmət

“Türkiyənin “Amazon”u hesab edilən alış-veriş saytı ilə əməkdaşlıq nəticəsində Azərbaycandan olan müştərilərimiz üçün endirim kampaniyası keçirdik. Kampaniya nəticəsində 2 ay ərzində Azərbaycandan bu sayt vasitəsi ilə alış-verişlər 4 dəfəyə qədər artdı”.

Banker.az mənbəyə istinadla xəbər verir ki, bunu “Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycanda nağdsız ödənişlərin həcminin artmasında maraqlıdır və bunun üçün yatırımlarını artıracaq.

“Hazırda Azərbaycanda nağdsız ödənişlər ölkənin ümumi daxili məhsulunun (ÜDM) 3,5-4%-ni təşkil edir. Halbuki Türkiyədə və Avropanın bəzi ölkələrində bu nisbər 40%-ə bərabərdir. “Mastercard” informasiya və kommunikasiya texnologiyalarının imkanlarından istifadə edərək Azərbaycanda “masterpass” xidməti tətbiq etmək niyyətindədir. Bu xidmət vasitəsilə şifrələrinizi saxlaya biləcəksiniz və alış-veriş vaxtı hər dəfə onları internetdə təkrar qeyd etməyə ehtiyac olmayacaq”, – deyə E.Çakar qeyd edib.

©Report

Son xəbərlər
Digər xəbərlər