Masters in Management: Uğurlu müraciətin 5 tərkib hissəsi

Menecment sahəsində (MiM) proqramlara tələb son bir neçə ildə artmaqdadır, çünki daha çox insan ali təhsil aldıqdan sonra əmək bazarında rəqabət qabiliyyətini artırmağa çalışır.

Çox az iş təcrübəsi olan və ya tamamilə təcrübəsiz gənc namizədlər üçün nəzərdə tutulmuş MiM, ənənəvi olaraq 3 ildən çox iş təcrübəsi olan insanlar üçün nəzərdə tutulmuş MBA-dan fərqli olaraq biznesdə katalizator rolunu oynayır.

Deməli, digər namizədlərdən bir baş yuxarı olmaq üçün nə lazımdır?

  1. Bəzi praktiki iş təcrübəsi

Müraciət edənlər az da olsa müəyyən iş təcrübəsinə sahib olmalıdırlar, buna görə bakalavr dərəcəsindən dərhal sonra iş axtarmağa başlayın. Qeyd edək ki, əldə etdiyiniz təcrübə müraciətiniz nəzərdən keçirilərkən mütləq nəzərə alınacaq, həm də müsahibə zamanı da qiymətləndiriləcək.

Bəzi biznes-məktəblər CV-nizdə iki-üç yerdə iş təcrübənizin olduğunu gözləyirlər. Mütləq deyil ki, onları böyük nüfuzlu şirkətlərdə əldə edəsiniz. Seçiminizin hədəfinizə uyğun olması kifayət edər.

  1. Karyeraya baxış və aydın hədəflər

MiM-ın qəbul komissiyası məqsədinizin nə olduğunu və gələcəkdə məktəbə hansı təsir göstərəcəyinizi başa düşmək istəyir. Söhbət motivlərinizin, hədəflərinizin və ambisiyalarınızın açıq şəkildə təsvir edilməsindən gedir. Əlbəttə, MiM sizi və eyni zamanda iddialarınızı zamanla dəyişdirə bilər, lakin buna baxmayaraq biznes-məktəblər üçün səylərinizi sübut edən dəilləri görmək vacibdir.

Bu, nə ilə məşğul olmaq istədiyinizi və bunun gələcək hədəflərinizlə necə uzlaşacağını təhlil etməyi tələb edir. Bəzi biznes-məktəblər dərhal “A” və “B” planının olmasını tələb edirlər. Onlar MiM-i aldıqdan sonra hədəflərinizə çatmaq üçün lazım olan hər şeyi təmin edəcəklərindən əmin olmaq istəyirlər. Təxminən eyni səviyyədə olan namizədlər arasında seçim edərkən, qəbul komissiyası biznes-məktəblərin təklif etdiyi resurslardan daha yaxşı istifadə edə bilənə üstünlük verəcəklər.

  1. Güclü akademik və riyazi bacarıqlar

Çoxillik təcrübə olmadıqda, akademik göstəricilər daha çox əhəmiyyət kəsb etməyə başlayır. Məktəbi yenicə bitirdikdə aşağı orta balı izah etmək çətindir. Müəyyən hallarda zəif qiymətləri yüksək GMAT ilə kompensasiya etmək olar, lakin orta balın aşağı olması komissiya tərəfindən zəif iradə kimi də  qiymətləndirilə bilər. Hətta bir neçə fərqli yerdə iş təcrübəniz olsa belə!

Məktəblər tələbələrin müxtəlif təcrübəyə malik olmalarında maraqlıdırlar, buna görə humanitar sahədə yüksək qiymətlər əlavə üstünlük sayılır. Bununla yanaşı, siz GMAT seksiyasının öhdəsindən gəlməli, həm də əla statistikaya sahib olmalısınız. GMAT testinə yaxşı hazırlaşmaq üçün özünüzə daha çox vaxt verin.

  1. Liderlik və sinifdənkənar fəaliyyətdəki nailiyyətlər

Dərsdənkənar fəaliyyətlərdə və birbaşa təhsilinizlə əlaqəli olmayan layihələrdə nümayiş etdirdiyiniz liderlik – heç bir təcrübəyə sahib olmadıqda, müqayisəli qiymətləndirmə zamanı nəzərə alınan üstün cəhətlərdən biridir. Sosial fəaliyyətlərə maraq insanın xarakteri, dəyərləri və liderlik potensialı haqqında çox şey deyir. Daha geniş düşünün – bəlkə nə vaxtsa tələbələr şurasına rəhbərlik etmisiniz və ya Covid pandemiyasından zərər çəkmiş ailələrə dəstək olmaq üçün könüllü olmusunuz? Bəlkə hər hansısa şəxsi uğurlarınız var (məsələn, 7 zirvəyə qalxmısınız)?

  1. Güclü tövsiyə məktubları

Tövsiyə məktubları digər insanların sizi necə qəbul etməsi barədə xəbər verir. Qəbul komissiyaları liderlik potensialınız, şəxsiyyətlərarası ünsiyyət bacarığınız və komandada işləmək qabiliyyətiniz haqqında kənar fikir axtaracaqlar.

MBA proqramına qəbul olmaq üçün iki peşəkar, MiM üçün isə bir akademik tövsiyə məktubu tələb olunur. Peşəkar tövsiyə məktubu təcrübə müddəti bitəndən sonra, ideal halda bacarıqlarınız və liderlik potensialınız barədə ətraflı məlumat verə bilən rəhbər tərəfindən verilir. Akademik tövsiyə məktubu üçün ya rəhbərinizə, ya da birlikdə işlədiyiniz şəxsə müraciət etməlisiniz.

MiM proqramlarının artan populyarlığı, elit biznes-məktəblərin tələbə icmaları üçün ən yaxşı namizədləri qəbul edərək, onların rəqabət üstünlüyü uğrunda mübarizə apardıqlarını bir daha sübut edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.