7 C
Baku
Thursday, December 12, 2024

“Matak”ın maliyyə vəziyyəti açıqlandı: Xalis mənfəəti kəskin azalıb

Azərbaycanda plastik borular istehsalçısı “ME-TAK” MMC-nin (Metak) 2019-cu ilin yanvar-iyun aylarında məhsul satışından gəliri  36,52 mln.manat təşkil edib. Bu gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 1,72 mln. manat daha az olması deməkdir.

Banker.az bu barədə “Metak”ın cari ilin ilk yarımilliyinə olan maliyyə hesabatına istinad edir.

Şirkətin məhsullarının maya dəyəri isə 31,12 mln. manat təşkil edib ki, bu da ümumi mənfəətin 5,4 milyon manat olması deməkdir. Ötən ilin müvafiq dövründə ümumi mənfəəti 6,96 mln. manat təşkil edirdi.

Qiymətli kağızlar bazarında istiqraz emmisyasının bir qədər də artımından sonra Şirkətin maliyyə xərclərinə də təsirsiz ötüşməyib. Belə ki, maliyyə xərcləri cari ilin ilk altı ayı ərzində 1,43 mln. manat təşkil edib. Digər tərəfdən isə bu il inzibati xərclərini kəskin azaltmalı olub. “Metak”ın cəmi inzibati xərcləri 0,76 mln. manat təşkil edib – bu ötən ilin eyni dövründə 1,86 mln. manat idi.

Beləliklə “Metak”ın gəlirləri cari ilin ilk yarımilliyində 1,56 mln. manat təşkil edib. Məlumat kimi bildirək ki, ötən ilin analoji dövründə Şirkətin xalis mənfəəti 3,12 mln. manat idi.

Azərbaycanda plastik borular istehsalçısı “ME-TAK” MMC-nin (Metak) məhsul satışından gəliri  36,52 mln. manat təşkil edib. Bu gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 1,72 mln. manat daha az olması deməkdir.

Banker.az bu barədə “Metak”ın cari ilin ilk yarımilliyinə olan maliyyə hesabatına istinad edir.

Şirkətin məhsullarının maya dəyəri isə 31,12 mln. manat təşkil edib ki, bu da ümumi mənfəətin 5,4 milyon manat olması deməkdir. Ötən ilin müvafiq dövründə ümumi mənfəəti 6,96 mln. manat təşkil edirdi.

Qiymətli kağızlar bazarında istiqraz emissiyasının bir qədər də artımından sonra Şirkətin maliyyə xərclərinə də təsirsiz ötüşməyib. Belə ki, maliyyə xərcləri cari ilin ilk altı ayı ərzində 1,43 mln. manat təşkil edib. Digər tərəfdən isə bu il inzibati xərclərini kəskin azaltmalı olub. “Metak”ın cəmi inzibati xərcləri 0,76 mln. manat təşkil edib – bu ötən ilin eyni dövründə 1,86 mln. manat idi.

Beləliklə “Metak”ın gəlirləri cari ilin ilk yarımilliyində 1,56 mln. manat təşkil edib. Məlumat kimi bildirək ki, ötən ilin analoji dövründə Şirkətin xalis mənfəəti 3,12 mln. manat idi.

 

 

Son xəbərlər
Digər xəbərlər