31 C
Baku
Monday, June 17, 2024

Maurel fransız şirkəti, Shell-in Venesueladakı neft ortaqlığında iştirak payını alır

Fransız şirkəti olan Maurel & Prom, Petrealite del Lago-da Royal Dutch Shell şirkətinin payını alıb və Venesuelanın Maracaibo rayonunda neft hasilatına 400 milyon dollar sərmayə qoyur.

Banker.az xaricə KİV-ə istinadən yazır ki, “Maurel & Prom” şirkəti birgə müəssisədə Shell payına 70 milyon avro ödəyəcək (47 milyon avro birbaşa, 23 milyon avro isə 2019-cu ilin dekabrında).

Müqavilə Venesuelanın dövlət neft şirkəti olan PDVSA ilə imzalanıb.

Nəticədə, PetroRegional del Lago birgə müəssisədə Venesuela şirkətinin payı 60%, qalan 40% -i isə fransız tərəfdaşına məxsusdur. Birgə müəssisənin gündəlik istehsal həcmi isə 70 min barel təşkil edəcək.

2018-ci ildə Venesueladan neft ixracı 28 il içində minimuma enib, bu haqda “Vesti.Ekonomika” xəbər verir.

Venesuelada baş verən iqtisadi böhran fonunda istehsalın azalması, 2018-ci ildə ölkədən neft ixracının gündə 1,245 milyon barelə qədər azalması ilə nəticələnib.

Ötən 5 il ərzində ən çox neft ehtiyatlarına malik olan ölkədə “qara qızıl” ın istehsalı iki dəfə azalaraq gündə 1,346 milyon barelə çatıb.

Daha əvvəl, Vaşinqton 10 yanvardan sonra Karakası sanksiyaların genişləndirilməsi ilə təhdid etmişdir. Xatırladaq ki, qeyd olunmuş gündə mövcud prezident Nicolas Maduronun vəzifə müddəti sona çatır. 2018-ci ilin may ayında o, Venesuelada keçirilən erkən seçkilərdə qalib gəlib, lakin Ağ Ev seçkilərin nəticəsini qəbul etməkdən imtina etmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər