16 C
Baku
Thursday, April 25, 2024

Max Bazerman fenomeni. 20 dolları almağa dəyər?

Britaniyalı alim, Harvard universitetində MBA müəllimi və psixoloq Max Bazerman həmçinin dünya birja mühitində də kifayət qədər məşhurdur. Bu onun yaratdığı sadə və dahi fenomen sayəsində mümkün olmuşdur.

Maliyyə fəaliyyəti ilə məşğul olan istənilən bir insan üçün aktiv itkisi ilə üzləşmək əsl dəhşətdir. Bu insanlar gec və yaxud tez britaniyalı biznesmenin yaratdığı fenomen ilə üzləşəcəklər. Bu səbəbdən də Bazerman hər il Harvard universitetinin tələbələri ilə bir sınaq həyata keçirir və bu zaman alim 20 dollarlıq banknotu tələbələrə dəyərindən artıq qiymətə satır.

Hərracın keçirilmə qaydası:

Bazerman tələbələrdən sahib olduqları məbləği yoxlamağı tələb edir və 20 dollar nominalında olan banknotu satışa çıxarır. İlkin məbləğ 1 dollar, minimal gediş də 1 dollardır. Hərracın açar mövqeli xüsusiyyəti – ikinci yeri tutmuş iştirakçı Bazermana 20 dollara görə ödəməyi planlaşdırdığı məbləği təqdim edir.

Tutaq ki, qalib 20 dollara 15 dollar, ondan sonraki iştirakçı isə 13 dollar təklif etmişdir. Qalib bu zaman 15 dollar verərək 20 dollar əldə edir. İkinci iştirakçı isə 13 dolları sadəcə Bazermana verir. Bazerman 20 dollar sataraq 15 və 13 dollar əldə edir. Əsasən hərrac qiymətləri 100 dollardan çox olur. Bazermanın göstərdiyi ən yaxşı nəticə isə 20 dolları 204 dollara satmaq olmuşdu.

Bazerman fenomeninin mahiyyəti:

Təcrübələrə əsasən ikinci iştirakçı öz pullarını itirməmək üçün qiyməti 20 dollardan yüksəyə qaldırır. İlk qalib də pul itkisi ilə üzləşmək riskini anlayır və o da qiyməti qaldırmağa başalyır.

Hər iki iştirakçı əmindir ki, qiymət artıraraq və mübarizəyə davam edərək öz zərərlərini azaldacaqlar. Bu səbəbdən də heç kim finişə ikinci olaraq gəlmək istəmir. Hətta qiymət 40 dollara çatdıqda belə iştirakçılar dayanmır. Onlar artıq Bazermanın tələsinə düşmüşlər. Hərrac yalnız iştirakçılardan birinin cibində pul bitdikdə sona çatır.

Hərrac başa çatdıqdan sonra Bazerman tələbələrinə bu tələdən necə xilas olmağın yolunu izah edir. Onun strategiyasının mənası hərrac gedişində əvvəlcədən mümkün olan maksimal zərərləri təyin etməkdir. Sözügedən səviyyəyə çatdıqda mübarizəni dərhal dayandırmaq lazımdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər