3 C
Baku
Bazar, Noyabr 28, 2021

Maxaçqala-Azərbaycan aviareysi açılacaq

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindən Azərbaycana aviareyslər açılacaq.

Bu barədə Dağıstan Turizm və Xalq Yaradıcılığı Sənəti Nazirliyindən məlumat verilir.

Yeni reyslərin 2022-ci ilin yayında açılacağı bildirilir. Bu ilin avqustunda Mahaçqala aeroportunun yeni beynəlxalq terminalının istifadəyə verilməsi ilə respublikadan bir çox ölkələrə uçuşlar başlanıb.

Gələn ildən Azərbaycanla yanaşı, Qırğızıstan, Özbəkistan, Belarus və digər ölkələrə də reyslərin təşkili gözlənilir.

Mənbə:Azərtac
Son xəbərlər
Oxşar xəbərlər
X