Maxaraca ekspressi – Asiyanın ən bahalı qatarı

Bütün Hindistan boyu hərəkət edən “Maxaraca ekspressi” yalnız ölkə varlılarının özlərinə bəxş edə biləcəkləri bir hədiyyədir. Bu qatarla səyahət 8 gün üçün nəzərdə tutulub və bu 8 gün ərzində sərnişinlər ölkənin bütün görməli yerlərini müşahidə etmək imkanı əldə edirlər.

Bu səbəbdən də qatarın sürətli hərəkət etməsi elit təbəqə üçün elə də böyük əhəmiyyət daşımır.

exmaha

Bu qatarla səyahət üçün ən ucuz biletin dəyəri 800, ən bahalı biletin dəyəri isə 2500 dollardır. Əhalinin gəlirlərini nəzərə almaqla, 99% hindli bu səyahətin yalnızca xəyalını qura bilər.

exmahar

Qatar 24 vaqondan, həmçinin iki restoran vaqon, iki bar və avtomobilli sərnişinlər üçün bir neçə yük vaqonundan ibarətdir. Yeri gəlmişkən, ölkə əhalisinin bu qatara münasibəti birmənalı deyil. Bir çoxları ondan yalnızca varlıların istifadə etdiyi üçün ona nifrət bəsləyir, bir çoxları isə bu qatarın ölkə büdcəsinə gəlir gətirdiyini düşünür. Vaqonların hər biri kondisioner, televizor, telefon, internet və s. rahatlıqlarla təmin edilib.

expmah

Qatarın özü isə 88 sərnişin üçün nəzərdə tutulub. Qatarı yaratmaq üçün isə hidlilərə 13 milyon dollar lazım gəlmişdi.