6 C
Baku
Sunday, December 15, 2024

MAXE-lərin maaşlarının artırılması təklif edilir

Azərbaycanda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşlarının artırılması təklif edilib.

Bu təkliflə Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxış edib.

“Bu gün Azərbaaycanın güclü ordusu var. Bütün dünya da Azərbaycan Ordusunun gücünü Vətən müharibəsi zamanı gördü. Hesab edirəm ki, gələn ilin dövlət büdcəsindən də hərbi sahəyə kifayət qədər vəsait ayrılıb. Təklif edirəm ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşları iki dəfə artırılsın”, – o vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər