Elektronika və məişət texnikası mağazalar şəbəkəsi kimi tanınan “Maxi.az” şirkətinin reklamı sosial şəbəkələrdə müzakirə səbəb olub.
Banker.az xəbər verir ki, həmin reklamda bildirilir:
“25 May Afrikanın Azadlığı Günü münasibətilə seçilmiş qara məhsullara endirimlərimiz var: Dostlarımızın azadlığını bizimlə qeyd et, 50%-ə qədər endirimlərdən faydalan!”
Onu da qeyd edək ki, reklam çarxında aparıcı Xose Bernardo iştirak edib.
Buna görə də şirkəti irqçilikdə ittiham edərək tənqid ediblər. Blogger Azizə İsmayılova da həmçinin öz facebook səhifəsində bildirib ki, “Maxi.az bunun adı reklam deyil. Bunun adı #irqçilik’dir, bunun adı cinayətdir. Bir şirkət adına həm də rəzalətdir!”
Verilən məlumata görə, Maxi.az mağazalar şəbəkəsi reklamı silib və saytı da texniki nasazlıq səbəbindən çöküb.
Maxi.az mağazalar şəbəkəsi facebook səhifəsində yeni kreativ menecer axtarırıq elanını yerləşdirib: