20 C
Baku
Cümə, Oktyabr 22, 2021

May ayı üzrə ünvanlı sosial yardımlar ödənildi

faizlere

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu gün may ayı üzrə ünvanlı dövlət sosial yardımlarının da ödənişi həyata keçirilib.

Nazirlikdən bildirilib ki, sosial yardım üzrə vəsaitlər həmin yardımı alan ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb.

Beləliklə, karantin dövründə pensiya, müavinət, təqaüd və kompensasiyalar kimi, ünvanlı dövlət sosial yardımlarının da vaxtından daha tez ödənilməsi təmin edilib.

Hazırda 83 min ailə (350 min ailə üzvü) ünvanlı sosial yardım alır və hər ailəyə ayda orta hesabla 224 manat ödənilir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər