May ayında ən çox bahalaşan ərzaq məhsulları – SİYAHI

Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox
bahalaşma düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının,
toyuq ətinin, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın,
pendirin, günəbaxan və qarğıdalı yağlarının, limonun, almanın, armudun, çuğundurun,
yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, limonadın, arağın qiymətində olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ucuzlaşma isə əsasən təzə balığın, yumurtanın, bananın, alçanın, çiyələyin, qozun, fındığın, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.