“Mercedes-Benz” V12 mühərrikli “Maybach” yubiley limuzininin qiyməti ilə avtomobil həvəskarlarını heyran edib.
Qeyd olunur ki, brendin yüz illiyi şərəfinə hazırlanan xüsusi versiyalı avtomobil 592 min dollara (təxminən 1 milyon manat) başa gələcək.
Xüsusi versiyanın fərqləndirici xüsusiyyətləri iki rəngli kuzovu, xüsusi boz təkərlər və maksimum avadanlıqdır.
Hələlik Alman markası texniki detalları açıqlamır, bununla belə, flaqman “Mercedes-Maybach” S-Class modelinin 600 at qüvvəsi üzərində gücə malik olan 6,0-litrlik V12 biturbo mühərriki ilə təchiz edildiyi bildirilir.