-3 C
Baku
Sunday, December 15, 2024

Mayda əcnəbilər Azərbaycanda bank kartları ilə 107 mln. manatlıq əməliyyat aparıb

2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən 1055,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin iyun ayı üçün buraxılışında öz əksini tapıb.

“İxrac İcmalı”nda qeyd olunub ki, 2018-ci ilin yanvar-may aylarında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə xərcləmələrində artım müşahidə edilib.

 

Cari ilin may ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların 107,3 mln. manat təşkil edib və ötən ilin may ayı ilə müqayisədə 16% artıb.

 

Ümumiyyətlə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 21 faiz artaraq 513,7 mln. manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər