8 C
Baku
Wednesday, October 30, 2024

Mayda 1 280 boşanma qeydə alınıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin ilk beş ayında 23 387 nikah və 6 323 boşanma halları qeydə alınıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı 4.6-dan 5.6-ya qədər artmış, boşanmaların sayı isə azalaraq 1.6-dan 1.5-ə düşüb.

Qeyd edək ki, təkcə may ayında 4 881 nikah, 1 280 boşanma qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər