2018-ci ilin yanvar-may aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 19 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin iyun ayı üçün sayında qeyd olunub ki, cari ilin ilk 5 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 11 mln. dollar məbləğində gəlir əldə edib.
“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88%-ni təşkil edib. “2018-ci ilin may ayında isə “Azərkosmos” ASC-nin xidmət ixracın dəyəri 1,6 milyon dollar təşkil edib. “Azərkosmos” ASC-nin 2018-ci ilin ilk 5 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digərləridir,” – deyə icmalda qeyd olunub.