Azərbaycan bank sektorunun cəmi aktivləri 2025-ci ilin may ayında 56 mlrd. 549.7 mln. manat, cəmi öhdəlikləri 49 mlrd. 690.3 mln. manat, balans kapitalı isə 6 mlrd. 859.5 mln. manat təşkil edib.
Banker.az Azərbaycan Mərkəzi bankının statistik bülleteninə istinadən xəbər verir ki, aylıq müqayisədə bank aktivləri 3.6%, öhdəliklər isə 4.3% artım göstərib.
Kredit portfeli hesabat ayında 1% və ya 290 mln. manat artaraq 28 mlrd. 386.5 mln. manata çatıb. Kredit portfelinin strukturu belə formalaşıb:
- Biznes kreditləri – 53.2% (15 mlrd. 100 mln. manat)
- İstehlak kreditləri – 31.3% (8 mlrd. 881.9 mln. manat)
- İpoteka kreditləri – 15.5% (4 mlrd. 404.6 mln. manat)
Bankların öhdəliklərinin əsas hissəsini depozitlər təşkil edir – 38 mlrd. 179.3 mln. manat, bu da cəmi öhdəliklərin 76.8%-ni əhatə edir. Depozit portfelində hüquqi şəxslərin payı 61.4% (23 mlrd. 445.1 mln. manat), fiziki şəxslərin payı isə 38.6% (14 mlrd. 734.2 mln. manat) olub.
Fiziki şəxslərin əmanətlərinin 66.7%-i (9 mlrd. 835.1 mln. manat) milli valyutada, 33.3%-i (4 mlrd. 899.2 mln. manat) isə xarici valyutada saxlanılıb. Əmanətlərin 62.4%-i (9 mlrd. 198.5 mln. manat) müddətli əmanətlərdən ibarətdir. May ayında müddətli əmanətlər 0.7% (62.7 mln. manat), tələbli əmanətlər isə 2.3% (123.6 mln. manat) artıb.
Hesabat ayında unikal müddətli əmanətçi sayı 3,205 nəfər və ya 2%, ilin əvvəlindən isə 14,542 nəfər və ya 9.7% artım göstərib. Hüquqi şəxslərin tələbli depozitləri 18 mlrd. 223.9 mln. manat olub və bu, onların ümumi depozitlərinin 77.7%-ni təşkil edib.
025-ci ilin yanvar-may aylarında banklar ümumilikdə 430.7 mln. manat xalis mənfəət, 708.2 mln. manat əməliyyat mənfəəti əldə edib və bu dövrdə 109 mln. manat məbləğində mənfəət vergisi ödəyib.
Bank sektoru keçən ilin ilk beş ayında 519.7 milyon manat xalis mənfəət əldə etdiyini nəzərə alsaq bu onlarln xalis mənfəətinin illik 89 mln. manat və ya 17% azalması deməkdir.
2025-ci il 31 may tarixinə ölkədə fəaliyyət göstərən 22 bankın 494 filialı, 87 şöbəsi və 3,332 ATM-i mövcud olub. Bank sektorunda çalışanların sayı 26 nəfər və ya 0.1% artaraq 25,965 nəfərə çatıb.