24 C
Baku
Monday, April 29, 2024

Mayda qida sahəsində idxal-ixrac tamamilə elektronlaşdırılacaq – Rəsmi

Azərbaycanda yeyinti məhsullarının idxal və ixrac əməliyyatları, fitosanitar nəzarət sahəsinə aid məhsulların ixrac prosesi, eyni zamanda bitki mühafizə vasitələrinin idxal prosesi artıq tam şəkildə elektronlaşdırılıb.

Banker.az bu barədə Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Agentlikdən verilən məlumata görə, hazırda baytarlıq sahəsində idxal və ixrac əməliyyatlarının, paralel olaraq fitosanitar sahədə isə idxal əməliyyatlarının elektronlaşdırılması və müraciətlərin sahibkarlar tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən “Şəxsi kabinet” vasitəsilə həyata keçirməsi üzərində işlər aparılır. Cari ilin may ayında qida sahəsində idxal-ixrac əməliyyatlarının tamamilə elektronlaşdırılması gözlənilir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər