12 C
Baku
Saturday, November 23, 2024

Mayın 19-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçərəfli görüşü olacaq

Mayın 19-da Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov və Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında üçtərəfli görüşü olacaq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova mayın 17-də keçirdiyi brifinqdə bildirib.

Görüşdə Bakı və İrəvan arasında normallaşma prosesi ilə bağlı məsələlər müzakirə olunacaq.

Onun sözlərinə görə, Moskva müzakirələrin Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin irəliləməsinə və mübahisəli məsələlərin həllinə töhfə verəcəyinə ümid edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər