19 C
Baku
Thursday, May 2, 2024

Maykl Cekson timsalında marketinq simaları

Marketinq – “heç nəyi” “hər şeyə” çevirən sehirli bir çubuqdur. O hətta insanları da inanılmaz bir səviyyəyə yüksəldə bilər. Marketinq insanları şəxsiyyətə, məşhur simaya çevirir. Brend dedikdə ilk olaraq hər hansı məhsul yada düşsə də, hər hansısa bir şəxs adının dünyaca məşhur brendə çevrilməsi də az təsadüf edilən hal deyil. Marketinq sayəsində insanlar adlarını brendə çevirirlər. Bir ad brendə çevrildikdən sonra, bu adla brend məhsulla qazanılan qədər gəlir əldə etmək mümkündür. Bununla yanaşı, ad nə qədər məşhur olarsa, ondan bir  o qədər qazanc əldə şansı var. Hətta ad daşıyıcısı dünyasını dəyişmiş belə olsa. 

Buna ən yaxşı nümunə olaraq Maykl Ceksonu göstərmək lazımdır. O həyatda olduğu zaman da, dünyasını dəyişdikdən sonra da populyardır. Bütün bunlar isə onun adının əsl brendə çevrilməsi ilə əlaqəlidir. Məşhur pop kral dünyasını dəyişsə də, onun adı çəkilən hər bir şeyi əldə etməyə hazır olan pərəstişkar ordusu var. Brendin gücü də məhz budur! Güclü brendin yaradılması – qazanc əldə etmək istəyən şəxsin ilk növbəli tapşırığıdır.
Lakin bir adın brendə çevrilməsi üçün ad daşıyıcısın da istedadlı olmasını tələb edir. Maykl Cekson məhz bu kriteriyalara uyğun şəxs idi. Keyfiyyətli şəxsiyyət marketinqi sayəsində pop kral populyarlıq qazanır. O bu populyarlıqla pullar, marketinqdən gəlir əldə edirdi.

İnsanlar onun konsertinə getməyə, disklərini almağa hazır idi və buna indi də davam edirlər. Aydındır ki, öz adı ilə pul qazanmaq istəyən şəxslər öz brendinə yaxşı pul yatırmalıdır. Yalnızca brend bir neçə milyardlı qazanc gətirə bilər. Bununla yanaşı, unutmaq lazım deyil ki, yaxşı brendi yalnızca yaxşı ideya yarada bilər. Yaxşı ideya isə uğura və populyarlığa gətirib çıxaracaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər