17 C
Baku
Saturday, May 18, 2024

Maykl Cordan tarixin ən varlı idmançısı oldu

Altıqat Milli Basketbol Assosiasiyasının (NBA) çempionu və 1990-cı illərin müntəzəm çempionatlarında ən çox qol vuran oyunçu Maykl Cordan dünyanın ən varlı idmançısı olub.

Banker.az xəbər verir ki, idmançının sərvəti 2.62 milyard ABŞ dolları olaraq qiymətləndirilib. Dünyanın ən varlı idmançıları sırasında ikinci yeri golfçu Tayqer Vuds (2.1 milyard ABŞ dolları), üçüncü yeri isə golfçu Arnold Palmer (1.5 milyard ABŞ dolları) tutub.

Qeyd edək ki, hazırda dünya futbolunun ulduzları Kriştiano Ronaldu (1.24 milyard ABŞ dolları) və Lionel Messi (1.14 milyard ABŞ dolları) müvafiq olaraq beşinci və səkkizinci yeri tutublar.

Dünyanın ən varlı 10 idmançısı:

1. Maykl Cordan (basketbol) – 2.62 milyard ABŞ dolları;

2. Tayqer Vuds (golf) – 2.1 milyard ABŞ dolları;

3. Arnold Palmer (golf) – 1.5 milyard ABŞ dolları;

4. Cek Nİklaus (golf) – 1.38 milyard ABŞ dolları;

5. Kriştianu Ronaldu (futbol) – 1.24 milyard ABŞ dolları;

6. Floyd Meyvezer (boks) – 1.2 milyard ABŞ dolları;

7. Lebron Ceyms (basketbol) – 1.17 milyard ABŞ dolları;

8. Lionel Messi (futbol) – 1.14 milyard ABŞ dolları;

9. Mixael ŞUmaxer (avto yarışlar) – 1.13 milyard ABŞ dolları;

10. Rocer Federer (tennis) – 1.12 milyard ABŞ dolları.

Xatırladaq ki, daha əvvəl 1984-cü ildə Maykl Cordanın NBA-nın çempionatlarında iştirakı ilə əlaqədar idman ayaqqabısı buraxan “Nike” onları Las-Veqasdakı “Sotheby’s” hərracında rekord 1ş47 milyon ABŞ dolları qiymətinə satıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər