10 C
Baku
Saturday, November 23, 2024

Maykl Dellin biznes qaydaları

Dell şirkətinin təsisçisi səhvlər, planlaşma və mükəmməl imkanlar haqqında danışıb.

1. Mənim üstün cəhətim ondan ibarətdir ki, mən biznesə təzə başlayanda heç nə bilmirdim. Mən öz intuisiyama arxalanaraq hərəkət edirdim.

2. Qeyri-adi tərzdə fikirləşmək üçün dahi, uzaq görən və hətta universitet tələbəsi olmaq gərək deyil. Fikirləşməyə qadir olmaq və xəyal qurmağı bacarmaq kifayyətdir.

3. İnanlar sizə hər hansısa bir işin öhdəsindn gəlməyin mümkün olmadığını deyəndə onlara qulaq asmayın və onlardan heç nə soruşmayın.

4. Aldığım ilk dərs uğursuzluqların sayı və onlardan çıxartdığım nəticələrin arasındakı əlaqədir. Nə qədər çox səhv etdimsə, bir o qədər də çox dərs aldım.

5. Hər şey yaxşı getdiyində sizin özünüzü məğlub edilməz hesab etməyiniz çox asandır.

Lakin bu sizin məhz ən zəif olduğunuz andır.

6. Mən hər zaman biznesi müştərilərin tələblər haqqında bizim düşüncələrimiz üzərində deyil,  onların həqiqi tələbləri üzərində qurmağın tərəfdarı olmuşam.

7. Etdiyin işə inanmaq lazımdır.

8. Hər kəsin mümkünsiz hesab etdikləri işləri görmək çox xoşdur.

9. Ətraflı təhlilsiz aldığımız emosional qərarlar, xüsusi ilə də çətin anlarda , bizi məğlubiyyətə gətirib çıxardacaq.

10. Planlaşdırmaq elə bir sahədir ki, burada təcrübə ağıldan vacibdir.

11. Şirkətin rəhbəri olduğunuz halda sizə hər şeyi təkcə özünüz edə bilməzsiniz. Əslində isə siz heç nəyi tək edə bilməzsiniz.

12. Mən xəbərdarlıq etmədən zavod sexinə gedib işçilərlə söhbət edə bilərəm və onların işlərin necə getdiyini başa düşə bilərəm.

13. Biz uğurlarımızla bir o qədər də fəxr etməməyə çalışırıq.

14. Məncə indiki böyük holdinqlərdə hökm sürən qarışıqlığın səbəbi ünsiyyətin az olaması və çətin iyeraxik mədəniyyətin olmasındadır.

15. Bugünkü gündə müştərini sadəcə olaraq cəlb etmək azdır. Əsas məsəd onu dəfələrlə heyrətləndirə bilməkdir.

16. İnternetdən daha məhsuldar ola biləcək yeganə rabitə vasitəsi fikirlərin biləvasitə ötürülməsidir.

17. Özünüzdən razı olmayın. Müştərilər  etibarlı əməkdaşlıq münasibətlərini daha çox qiymətləndirirlər.

18. Qəlizlik hər şeyi məhv edə bilər. Siz biznesə yeni başlayanda sizin problemlərinizin nədən ibarət olduğunu bilməməyiniz məni təəcüblndirir.

19. Dostlarınız daim yanınızda olması yaxşıdır. Yanınızda təchizatçıların olması isə ondan da yaxşıdır.

20. Əgər sizin bazar payınızın dəyəri çox aşağıdırsa və siz böyük şirkətlərə rəqabət aparmağa məcbursunuzsa, siz ya diversifikasiya etməyi öyrənəcəksiniz, ya da məhv olub gedəcəkiniz.

21. Başqalarının çatışmazlıq hesab etdiyi xüsusiyyəti öz üstün cəhətinizə çevirin.

22. Bəzən  hücüm ən yaxşı müdafiədir.

22. Uğur təhlükəli şeydir, çünki bu an siz eyni anda həm məğlubedilməz, həm də həssassınız.

23. Vaxtınız mükəmməl imkanın seçiminə sərf eməyin. Belə etməklə siz düz yolu itirəcəksiniz.

24. Sizin öz yolunuzu tapıb tapmamaqdan asılı olmayaraq, ehtiras sizi idarə edən atəş olmalıdır.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.