15 C
Baku
Wednesday, October 2, 2024

Maykl Kerrol – şansını əldən verən “zibil yığan”

Zibil yığan lotereyadan 15 milyon dollar udmuş, bu pulun hamısını itirmiş və yenidən zibil yığan olaraq işləməyə başlamışdır.

Maykl Kerrol 2002-ci ilin noyabrında Böyük Britaniyada milli lotereyadan cek potu udanda zibil yığan işləyirdi. Bu zaman uduş məbləği 15,4 milyon dollar idi və onun cəmi 19 yaşı var idi.

Britaniya mətbuatı sayəsində bəxtəvər gənc məşhur statusu qazanır, əsasəndə zəngin həyat tərzi sürdüyünüə görə. O özünü “Çavların kralı” elan edir və hətta bu “titulunu” öz qara mersedesinin üzərinə də həkk etdirir.

Kerrol uduş məbləğini əldə etdikdən dərhal sonra özünə 4 imarət, İspaniyada 2 villa, iki BMW, iki Mercedes Benz avtomobili və s. əldə edir. O həmçinin məşhur boks qarşılaşmasında iştirak etmiş və öz həyatı ilə bağlı avtobioqrafik filmin baş qəhrəmanı olmuşdu.

O narkotik və əxlaqsız qadınlara ağlasığmaz dərəcədə çox pul xərcləyirdi. Təəssüflər olsun ki, gənc oğlan öz xərclərinə nəzarət etmirdi. Belə ki, o 520 000 dollara aldığı imarətin interyerinə 600 000 dollar xərcləmişdi. Daha sonradan isə evə əhəmiyyətli dərəcədə ziyan vurduğu üçün onu cəmi 200 000 dollara satmışdı.

2010-cu ildə belə məlum olur ki, Kerrol yenidən işsizlik səbəbindən müavinət ilə dolanır və həftədə cəmi 63 dollar əldə edirdi. Daha sonradan o yenə zibil yığan olaraq işləməyə başlayır. Nə etmək olar, görünür o zəhmət çəkmədən qazandığı külli miqdarda pulu əldə etməyə hələ hazır deyildi…

Son xəbərlər
Digər xəbərlər