23 C
Baku
Friday, April 26, 2024

Maynerlər bütün bitcoinlərin 80%-ni tapıblar. Bütün bitcoinlərin tapılması nə qədər vaxt alacaq?

Maynerlərin bütün səylərinə baxmayaraq onlar kriptovalyutanın proqram kodunun imkan verdiyindən daha artıq bitcoin əldə edə bilməyəcəklər.

Bu maksimum göstərici isə 21 milyon bitcoindir. Keçən həftə isə bitcoin daha vacib göstəricini əldə edib. Belə ki, ümumi bitcoin sayının 80%-i (16.8 milyon bitcoin) artıq əldə edilib. Növbədə isə 20%-in əldə edilməsidir. Lakin yerdə qalmış 20% bitcoinin əldə edilmıəsi heç də yaxın müddətdə baş verməyəcək. Belə ki, bitcoinin əldə olunması sürəti və çətinliyi qeyri-xəttidir. Daha çox bitcoin tapılanda, blockchain-ə daha çox blok əlavə etmək lazım gəlir və nəticədə növbəti blok üzərində çalışmaq daha da qəlizləşir

Bu cür qeyri-xəttiliyə görə proqnozlara əsasən yerdə qalan 20% bitcoin 2140-cı ilə kimi tapılacaq. Kriptovalyutanın tapılmasının qəlizliyinin artması ilə mükafatlandırılması da azalır. Bitcoinin alqoritmində təyin olunub ki, blockchainə əlavə olunmuş hər bir 210 blok tranzaksiyalardan sonra mükafatlandırma 2 dəfə aşağı düşür. Əgər 2009-cu ildə mayninqin start verilməsi zamanı bir blokun emalı nəticəsində maynerlər 50 bitcoin əldə edirdilərsə, indi 12.5 bitcoin əldə edirlər. Növbəti ikiqat azalma 2020-ci ildə gözlənilir.

Bitcoinin sayının məhdud olmasının tərəfdarları və düşmənləri var. Tərəfdarların fikrincə bu cür özəllik ənənəvi valyutalar üzərində üstünlükdür. Emissiya məhdudlaşmış, inflyasiya mümkün deyil, bitcoin sahibləri kasıblamayacaqlar. Düşmənlərin fikrincə isə sonuncu bitcoinin mayninqindən sonra bütün sistem dağılmağa başlayacaq. Sistemi ayaqda tutmaq üçün isə tranzaksiya komissiyasını qaldırmaq lazım gələcək. Sonuncu bitcoinin tapılmasına kimi 1 əsrdən çox bir vaxtın qaldığı zamanda tərəfdarlarla düşmənlərin fikirlərini təsdiq etmək çətin məsələdir. Həmin vaxta kimi çiplər enerji sərfiyyatı baxımından daha effektiv olacaq və kriptovalyuta tapılması daha sərfəli ola bilər. İndidən hansısa proqnozları qurmaq bir qədər mənasızdır. Bugünki fakt isə artıq tapılmış 16.8 milyon bitcoindədir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər