Avtomobil istehsalçısı olan “Mazda” Ukraynada hərbi əməliyyatların başlamasından sonra tədarük zəncinin kəsilməsi səbəbindən Rusiyada istehsalı dayandırmağı planlaşdırır.
Qeyd edək ki, şirkət avtomobilləri Rusiyanın Vladivostok şəhərində “Sollers” müəssisəsində istehsal edir. May ayında bildirilib ki, “Mazda” Rusiyaya komponentlərin tədarükünün bərpası ilə bağlı danışıqlar aparır.
Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.
Bu həftənin əvvəlində “Toyota” Rusiyada avtomobil istehsalını dayandırdığını, Sankt-Peterburqdakı zavodun isə bağlandığını rəsmən elan edib. Şirkət qeyd edib ki, o, altı aylıq fasilədən sonra zavodun işini gələcəkdə bərpa etmək üçün heç bir perspektiv görmür.
Bundan əlavə, sentyabr ayında Yaponiyanın avtomobil istehsalçısı “Nissan” Sankt-Peterburqdakı “Nissan Manufacturing Rus” zavodunun fəaliyyətinin dayandırılmasını cari ilin dekabr ayının sonuna qədər uzatmaq qərarına gəlib.