Yaponiyanın avtomobilqayırma korporasiyası olan “Mazda Motor” Rusiyada fəaliyyətini dayandırmağa qərar verib. Bu barədə konsernin ikinci rübə dair maliyyə nəticələrinin hesabatında deyilir.
Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.
Şirkətin hesablamalarına görə, Rusiyadan getməklə əlaqədar konsern təxminən 12 milyard yen (82 milyon dollar) pul itirir.
Daha əvvəl digər avtomobil istehsalçıları da Rusiya bazarından çıxdığını elan edib. Onlar sırasında “Renault”, “Toyota”, “Nissan”, “Audi”, “Porsche” və digərləri olub.