9 C
Baku
Friday, November 15, 2024

“Mazda” Yaponiyada istehsalı dayandırır

Yaponiyanın “Mazda” şirkəti COVID-19-un yeni epidemiyası fonunda Çin istehsalı olan komponentlərin çatışmazlığı səbəbindən aprelin 14 və 15 apreldə avtomobil istehsalını dayandıracaq.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

“Koronavirus infeksiyasının Çində yayılması bəzi vacib avtomobil hissələrinin alınmasında çətinliklərə səbəb olub”, – mesajda bildirilib.

Aprelin 7-sində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) XE koronavirus infeksiyasının ən yoluxucu variantının yayılmasını elan edib. ÜST ekspertlərinin ilkin tədqiqatlarının nəticələrinə görə, yeni ştamın yoluxuculuğu BA.2 və ya “stels-Omikron” ilə müqayisədə 10% yüksək ola bilər. Bununla belə, alimlərin vurğuladığı kimi, XE-nin “gizli Omikron” ilə eyni şəkildə yayılıb-yayılmayacağını söyləmək hələ tezdir. Bu daha çox məlumat tələb edəcək.

Son xəbərlər
Digər xəbərlər