“Mazda” yarımkeçirici çip tədarükündəki problemlə bağlı istehsalı azaldacaq

Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Mazda” şirkəti yarımkeçirici çip tədarükündəki problemlə bağlı istehsalı azaltmağı planlaşdırır.

Şirkət bu il aprelin 1-də başlamış və gələn il martın 31-də başa çatacaq 2021-ci maliyyə ilində təxminən 1,1 milyon ədəd avtomobil istehsal etmək istəyir.

Bu isə 2020-ci maliyyə ilinə nisbətən 100 min ədəd və yaxud təxminən 8,5% azdır.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər