Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının ümumi həcmi 50 mln. manat (50100852S saylı), hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə BFB-dən bildirilib.
Məlumata görə, hərraca 2 investor tərəfindən iki sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 45 577 700 manat, yəni təklifin 91,16%-i qədər təşkil edib. Sifarişlər 98,8472 manat (14,9945%)-98,8473 manat (14,9932%) qiymət intervalında təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 98,8472 manat (14.9945%), ortaölçülmüş qiyməti 98,8473 manat (14.9932%) səviyyəsində müəyyən edilib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 45 577 700 manat məbləğində müəyyən edilib. Qiymətli kağızların ödəmə tarixi 18 yanvar 2017-cı ildir.