Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi Bankının ümumi həcmi 30 milyon manat, hərraca çıxarılan həcmi 5 milyon manat, bir notun nominal dəyəri 100 manat olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Banker.az BFB-a istinadən xəbər verir ki, hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır.
Hərrac zamanı notların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.