26 C
Baku
Saturday, July 27, 2024

MB-nin 8 iclasında uçot dərəcəsi üzrə qərarına bazar “zəif” reaksiya verib

Azərbaycanda manatda yeni verilmiş kreditlərlə cəlb olunmuş kreditlər arasındakı marja fərqi bir qədər azalıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ilin əvvəli kreditlər orta faiz dərəcəsi 15.87% , depozitlər isə 6.62% təşkil edirdi, bu da 9.25% bəndi marja fərqinin olması deməkdir. Hətta ilin mart-aprel ayları ərzində bu fərq 11% bəndinə qədər artmışdı.

1 yanvar 2020-ci il tarixindən isə ölkə üzrə cəlb olunmuş depozit faizləri 8.35% və verilmiş kreditlər üzrə 14.67 faiz  edib ki, bu da 6.32% bəndi marja etməsi deməkdir.

Məlumat üçün bildirək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti ötən il ərzində  fuçot dərəcəsinə dair (faiz dəhlizi) 8 iclas keçirib hər birində uçot dərəcəsini azaltmağı qərara alıb.

2019-cu il uçot dərəcəsi 9,75% olduğu dövrdə başlayıb və 7.5% olduğu dövürdə bitib ki, bu da 2,75%-lik bir fərqin olması deməkdir. Rəqəmlərdən göründüyü kimi, bu iclasların bazara təsiri bir o qədər də çox olmayıb. Məsələn, 2019-cu ilin əvvəli ilə müqayisədə ortalama depzoitlərin illik faiz dərəcəsi cəmi 0,6% bəndi, kreditlərin faiz dərəcəsi isə 1,2% bəndi aşağı düşməli olub.

Qeyd edək ki, cari həftənin cümə günün, 31 yanvar 2020-ci il tarixdə AMB-nin idarə heyəti yenidən faiz qərarı ilə bağlı toplaşırlar.

w

Son xəbərlər
Digər xəbərlər