Azərbaycanda manatda yeni verilmiş kreditlərlə cəlb olunmuş kreditlər arasındakı marja fərqi bir qədər azalıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ilin əvvəli kreditlər orta faiz dərəcəsi 15.87% , depozitlər isə 6.62% təşkil edirdi, bu da 9.25% bəndi marja fərqinin olması deməkdir. Hətta ilin mart-aprel ayları ərzində bu fərq 11% bəndinə qədər artmışdı.
1 yanvar 2020-ci il tarixindən isə ölkə üzrə cəlb olunmuş depozit faizləri 8.35% və verilmiş kreditlər üzrə 14.67 faiz edib ki, bu da 6.32% bəndi marja etməsi deməkdir.
Məlumat üçün bildirək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti ötən il ərzində fuçot dərəcəsinə dair (faiz dəhlizi) 8 iclas keçirib hər birində uçot dərəcəsini azaltmağı qərara alıb.
2019-cu il uçot dərəcəsi 9,75% olduğu dövrdə başlayıb və 7.5% olduğu dövürdə bitib ki, bu da 2,75%-lik bir fərqin olması deməkdir. Rəqəmlərdən göründüyü kimi, bu iclasların bazara təsiri bir o qədər də çox olmayıb. Məsələn, 2019-cu ilin əvvəli ilə müqayisədə ortalama depzoitlərin illik faiz dərəcəsi cəmi 0,6% bəndi, kreditlərin faiz dərəcəsi isə 1,2% bəndi aşağı düşməli olub.
Qeyd edək ki, cari həftənin cümə günün, 31 yanvar 2020-ci il tarixdə AMB-nin idarə heyəti yenidən faiz qərarı ilə bağlı toplaşırlar.