10 C
Baku
Sunday, December 22, 2024

MBA: Avropa yoxsa Amerika?

Avropa biznes-məktəbinin tələbələrindən biri orta statistik Amerika universitetinə deyil, yəgin ki Avropanın nüfuzlu məktəblərinin birinə daxil olacağına üstünlük verdiyini etiraf etdi.

Onun sözlərinə görə Avropanın çox məktəbləri tələbələrdən öz imtahanlarının nəticələrinin olmasını tələb edirlər və müvafiq olaraq nüfuzlu Avropa təhsilini GMAT testi üzrə hətta aşağı ballarla almaq olar.

Amerika MBA proqramları kifayət qədər uzun müddət ərzində daxil olan abituriyentlərin miqdarına görə birinciliyi qoruyub saxlayırdılar.  The Financial Times-ın yeni reytinqində biz Amerika biznes-məktəblərini birinci onluqda görürük, halbuki Avropa məktəbləri də öz reytinqlərini əhəmiyyətli dərəcədə yüksəltmişdilər.  Lakin həqiqətənmi Amerika MBA proqramlarının müstəsna prioritetliyindən Avropa proqramları istiqamətinə irəliləmə meyli mövcuddur?

Uzun müddət bütün dünyanın tələbələri okeanın o tayına, Amerika universitetinə daxil olmaq məqsədi ilə gedirdilər. Buna baxmayaraq axır zamanlar yeni əlamətlər əmələ gəlib, abituriyentlər bir illik Avropa MBA proqramının onların karyerasını düz istiqamətə yönəldə biləcəyini və bəzi hallarda Amerikanın iki illik təhsilindən üstün ola biləcəyini başa düşməyə başlayıblar.

Avropa məktəblərinə ABŞ biznes-məktəbini seçəcək amerikanlar olmayan millətlər deyil, hətta amerikalıların özləri axışmağa başlayıblar.  Bu meyli menecment kursu üzrə magistraturaya daxil olanlar haqqında Komisiyanın məlumatları təsdiq edir (Graduate Management Admissions Council). Komisiyanın məruzəsində deyilir ki, “Avropa bütün dünya üzrə gələcək biznes-məktəb tələbələri üçün son dərəcə cəlbedici yer olmuşdur. Göndərilən ərizələrin miqdarı və GMAT testi üzrə nəticələrin sayı Avropa məktəblərində 2005-ci ildən 2009-cu ilədək 96% artmışdır.

Dünya iqtisadiyyatının böhranı ilə mübarizədə Avropa MBA proqramlarının tələbələri daha yaxşı təchiz olunublar.
MBA proqramlarının populyarlığını hələ başa düşmək olar, lakin Avropa proqramlarına olan yüksək diqqəti izah etmək kifayət qədər mürəkkəbdir. Çoxları daha yaxşı iqtisadi mühitə, açıqlığa və sadəliyə istinad edirlər.  Potensial işsizlərin çoxları biznes-təhsili almağa bir neçə ildən əmək sonra  bazarında olacaq üstünlüklərdən istifadə etmək ümidi ilə üstünlük verirlər. Və baxmayaraq ki Amerika proqramlarına sənəd verən tələbələrin miqdarı artır, onların faiz nisbəti daim aşağı düşür.

Avropa məktəblərinin prioritetini həmçinin iqtisadi tənəzzülün simptomatikliyi ilə izah etmək olar.  Birincisi, iş və əlaqələrin olması sualı ortaya çıxır. Bu məsələdə Avropa məktəbləri daha yaxşı hazırlıqlıdır, çünki onlar zəmanəyə uyğun hərəkət edir və müxtəlif fəaliyyət sahəsindən olan geniş şirkətlər dairəsi ilə əlaqələr yaradırlar. Bunun müqabilində çox sayda Amerika proqramları əzəldən ancaq maliyyə və konsaltinqdə ixtisaslaşırdılar və  məzunların 40%-i bu iki sənayeyə can atırdılar. Beləliklə, son illər əmək bazarında tələbat azaldığı halda onlar əhəmiyyətli dərəcədə zərər çəkdilər. Des Dearlove of The Times yazır ki, GMAC-ın məlumatına görə zəif iqtisadiyyata baxmayaraq, Avropada MBA məzunlarına əmək bazarında tələbat qalır.  2009-cu ilin Avropa proqramlarının abituriyentlərinin 75%-i buraxılışdan sonra ilk üç ay ərzində işə qəbul olunublar.

Avropada MBA təhsilinin üstünlükləri

Amerika və Avropa biznes-təhsilinə olan kapital qoyuluşu əhəmiyyətli dərəcədə fərqlənir.  Hesab edilir ki, Avropa biznes-məktəblərində təhsil əhəmiyyətli dərəcədə ucuzdur. Məsələn, əgər sizi Harvarda yaxud Whartona qəbul etsələr, siz ancaq təhsil haqqını ödəmək üçün təxminən $71,000-$80,000 xərcləyəcəksiz. Əksinə olaraq INSEAD, IMD yaxud IE daxil olduqda siz müvafiq olaraq ancaq $54,500, $43,000 yaxud $45,500 xərcləyəcəksiz (London Business School bu sırada ayrıca durur, çünki onun proqramı iki ilə nəzərdə tututlub, ödənişi isə $85,000 çatır).

İqtisadi amili nəzərə almasaq, Avropa biznes-məktəbinə daxil olmaq üçün daha bir neçə səbəb sadalamaq olar. Çox sayda tələbələr üçün bir illik təhsil, Avropada MBA proqramını seçmələri üçün prioritet və əsas kriteridir.  Çox abituriyentlərin bütün informasiyanı bir il ərzində mənimsəyə bilməmələrini və onlara daha ləng yanaşma lazım olduğunu təsdiq etmələrinə baxmayaraq, çoxları daha qısa tədris və daha intensiv qrafikə üstünlük verir.

Əgər siz zəhmətkeş əhali sıralarına mümkün qədər tez qayıtmaq istəyirsinizsə, bu halda bir illik MBA proqramı çox gözəl seçimdir. Biznesmenlərin çoxları heç vaxt iki illik proqramlar seçmirlər. “MBA proqramı üzrə iki il oxumaq potensial biznesmenlər üçündür. Əsl biznes fəaliyyəti ilə məşğul olanlar zamanın qiymətini yaxşı bilirlər”, – bu haqda İspanıyanın Instituto de Empresa direktoru Devid Standen deyir (David Standen).

Bir il oxumaq sizin tədris planınızın mürəkkəb olacağı demək deyil. Bu ancaq bir dəfə əziyyət çəkərək sonra bəhrəsini görəcəyiniz deməkdir. Əslində isə bir və iki illik MBA proqramlarının tədris qrafiki praktiki olaraq fərqlənmir.

Lakin Amerika və Avropa biznes-məktəblərini bir sıraya qoymağa dəyməz. Hansı məktəbin, Stanford-un yaxud IMD-in yaxşı olduğunu 100% dəqiqliklə demək mümkün deyil. Seçim edərkən rəsmi reytinqlərə istiqamətlənməyin, sadəcə proqramın tərkibinə baxın və tələbələrin rəylərini öyrənin.

MBA-nın hər tələbəsinin məqsədi oxumaqdan sonra olan karyera imkanlarıdır. Əgər siz Avropada işləmək istəyirsinizsə bunu nümayiş etmək üçün ən yaxşı üsul məhz Avropa MBA proqramına daxil olmaqdır.

Çoxları əllərində Avropa məktəbinin diplomu olduğu halda işləməyə icazə almağın çox çətin olduğu haqda düşünürlər. Lakin məsələn, Böyük Britaniya hökuməti elan etdi ki, əgər siz top-50 biznes-məktəbinin məzunusuzsa bir il işləmək üçün müraciət edə bilərsiz. Buna baxmayaraq unutmayın ki, bu ancaq işləməyə icazədir, hökumətin sizi işlə təmin etməsi öhdəliyi deyil.

Eləcə də, əgər siz təhsil zamanı dili öyrənmisinizsə, sizə yerli Avropa şirkəti tərəfindən vakant yer təklif etmələrinə ehtimal kifayət qədər çoxdur.   “Tələbələr iki ay qabaq gəlirlər və İspan dilini öyrənirlər. Bu zaman onlar pul ödəmirlər, buraxılış zamanı isə belə biliklər İspaniyada işə qəbul olma vaxtı balları artırır”, – deyərək cənab Standen təcrübəsi ilə bölüşür.

Nəticədə Avropada MBA sizə əhəmiyyətli dərəcədə vəsait qənaət edir və siz işə daha tez geri dönə yaxud yeni karyera başlaya bilərsiz.

Avropada MBA proqramını necə seçmək və daxil olmaq üçün nə lazımdır
Əgər siz MBA-nın Avropada sizə qismət olduğunu artıq başa düşmüsüzsə, bu halda bir neçə nüansları bilmək lazımdır. Siz yəgin ki müxtəlif zaman çərçivələri, qiymət və proqramı bitirdikdən sonra olan imkanlar haqqında eşitmisiz. Siz eləcə də unutmamalısiz ki Avropa MBA proqramlarına sənədləri daha gec qəbul edirlər. Buradan nəticə çıxarmaq olar ki, Avropa tədris mərkəzinin nəticələri hələ iş yaxud start mərhələsində olan zaman siz artıq Amerika məktəbinə qəbul ola bilərsiz. Avropa məktəblərinin  tələbə tərkibi çox vaxt yaşca böyük və millətlər planında daha müxtəlif olur.

Eləcə də Amerikada və Avropada biznes-tədrisinin struktur fərqləri haqqında qeyd etməyə dəyər.  Qeyd edildiyi kimi, Avropa proqramları çox vaxt bir illik Amerika proqramları isə iki illik olurlar. Bir halda ki plan birinci il sizin əsas kursları, ikinci ili isə ixtisas üzrə öyrəndiyinizi nəzərdə tutursa, qısaldılmış proqramlarda sizin ixtisas fənləri üzrə təhsiliniz gözlədiyinizdən az ola bilər.

MBA proqramı seçiminə gəldikdə isə tarixən London Business School и və INSEAD Avropada biznes təhsilin dayağı olmuşdur.  Hər iki məktəb siniflərin ölçülərini böyüdür və dünya biznes və iqtisadiyyat meyilləri ilə ayaqlaşırlar.

İqtisadi böhran nəticəsində gələcək MBA tələbələri daha çox mühafizəkar olmuşlar. Onlar qoyduqları kapitalın təhsili bitirdiklərindən sonra geri qayıtara bilmələrindən, proqramın mürəkkəbliyi və onun qiymətindən narahatdırlar. Beləliklə çoxları daha kiçik biznes-məktəblərdə olan maraqlı kursları nəzərə almadan, öz seçimlərini dünyada tanınmış məktəblər istiqamətində edirlər. Məsələn, EM Lyon (France) sahibkarlıqda ixtisaslaşır, Vlerick Leuven Gent (Belgium) öz məzunlarının işlə təmin olunmasında bacarıqlıdır,  Warwick Business School (U.K.) məsafədən tədris üçün müasir virtual auditoriya işləyib hazırlamışdır,   ESADE Business School (Spain) tələbələrin 12, 15 yaxud 18 ay oxumaq imkanı olan öz çevik proqramları ilə öyünə bilər.  Nyenrode Business University (Netherlands) üstünlüyü sosial prioritetlərə və daimiliyə verir, Rotterdam School of Management (Netherlands) təbiəti qorumaq, sosial və idarə etmə məsələləri tərəfdarı kimi çıxış edir, SDA Bocconi (Italy) isə maliyyəyə və bahalı mallar sahəsində brend-menecmentə diqqət yetirir.

Bu məktəblər intensiv inkişaf edirlər, çünki rəqabət müharibəsində iştirak etmirlər. Bununla belə onlar irəliləyirlər, hətta “brendləri” o qədər tanınmasa da, onlar ixtisas hazırlığını təmin edirlər.

Son xəbərlər
Digər xəbərlər