MBA: Biznes-menecment üzrə 5 ödənişsiz kurs

Beynəlxalq biznes-məktəblərin birində təhsil almaq istəyirsiniz? Bunun üçün əla bir fürsət var, onu əldən qaçırmayın!


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Sizə tamamilə ödənişsiz MBA kurslarının siyahısını təqdim edirik.

Sloan School of Management, MIT

Massaçuseç Texnoloji Universitetin biznes-məktəbinin sizə təklif etdiyi ödənişsiz MBA kursu.

Burada siz həm bakalavr, həm də magistr pilləsi üçün yerləşdirilmiş materiallardan istifadə edə bilərsiniz.

Small Business Development Center

Kutztown University of Pennsylvania biznes-məktəbi, hər bir kəs üçün 70-dən çox pulsuz onlayn biznes-kurs təklif edir. Bütün kurslar 13 kateqoriya üzrə təsnif olunurlar, buraya marketinq, hüquq, satışlar, maliyyə və digər sahələr də daxildir.

Open Learn

Bu onlayn-universitetdə biznes və sahibkarlıq mövzularına dair böyük bir bölmə vardır. Hər şey tamamilə ödənişsizdir (proqramlar, materiallar və s.).

OpenCourseWare

Capilano University (Kanada) – özündə MBA proqramları da daxil olmaqla, bir çox dərslik materiallarını birləşdirən platformadır. Bütün məlumatları resursun öz saytından Power Point proqramı vasitəsilə yükləyə bilərsiniz.

webcast.berkeley

Kaliforniya Universitetinin təşkil etdiyi onlayn-təhsil xidmətidir. Hal-hazırda sayt beta-rejimində işləyir, bütün video-mühazirələri onların öz YouTube kanalında tapa bilərsiniz (link). Bundan əlavə olaraq, iTunes vasitəsilə audio-materialları da yükləyə bilərsiniz.

MBA təhsilinə aid bu beş kurs demək olar ki, ənənəvi biznes-məktəblərinə identikdirlər. Qeyd etmək lazımdır ki, bu kurslar Ali Təhsil Müəssisələrin diplomunun verilməsini nəzərdə tutmurlar.

Bu kimi kurslar MBA təhsilinin nə olduğunu və onun sizə lazım olub-olmamasını başa düşməyə imkan verir.