MBA-da oxumaq üçün ən uyğun yaş hansıdır?

Biznes-məktəbdə oxuyan abituriyentin portreti son on ildə xeyli dəyişib. Bir zamanlar qəbul olmaq üçün 5-7 illik təcrübəyə sahib olmaq əsas şərtlərdən biri idi. Eyni zamanda, yaşlı namizədlərin toplanmış həyat təcrübəsi sayəsində daha çox fayda gətirəcəyinə inanılırdı.

Biz isə günümüzə qayıdaq. Bir çox biznes-məktəblərdə daha gənc abituriyentlərə üstünlük verilir. Bu cür dəyişikliyin səbəbi aydındır: universitetlər onların bir neçə il ərzində uğur qazana biləcəklərindən və MBA-ya olan marağı itirəcəklərindən qorxurlar.

Bununla yanaşı, kollecdən dərhal sonra biznes-məktəbə getməyə hazır olan namizədlər də var. Onlar ya təhsil alarkən müxtəlif layihələrlə məşğul olurlar, ya da ailə biznesində əhəmiyyətli rol oynayırlar. Bir sözlə, lazımi təcrübəni digər sahələrdən əldə edirlər.

Lakin bir çox MBA proqramları getdikcə daha gənc abituriyentləri hədəf almağa başlayır, onlardan bəziləri hətta xüsusi kurslar yaradır. Məsələn, 2+2 Program (Harvard Business School), üçillik Silver Shcolars MBA Program (Yale School of Management) və digərləri.

Bir müştəri soruşduqda: “MBA üçün çox yaşlıyam (gəncəm)?”, biz həmişə bioloji yaşdan bəhs etmədiyimizi deyirik. Əslində, qiymətləndirilən kriteriyalar başqadır: yetkinlik, hazırlıq, karyera pilləkənindəki mövqe və s. Bəzən bu elementlər yaşla əlaqəli olur, lakin bu həmişə belə deyil.

Yaxşı olar ki, nə qazanmaq istədiyinizi və MBA proqramına hazır olub-olmadığınızı düşünəsiniz. Sizin cəmi 22 yaşınız ola bilər, lakin bölüşmək və peşəkar hədəflərə çevirmək üçün çoxlu ideyalarınız var. Vaxtını öldürmək üçün qəbul olan 28 yaşlı rəqib qarşısında əsas üstünlüyünüz məhz bu olacaq.

Yetkin MBA abituriyentlərinin qarşılaşdıqları çətinlikləri

Əgər artıq 35 yaşınız varsa və MBA-ya qəbul olmaq barəsində hələ indi düşünməyə başladınızsa, özünəgüvən və peşəkar inkişaf sizin güclü tərəfləriniz olacaq. 10 ildən çox bir vəzifədə qalan və heç bir irəliləyişi olmayan 38 yaşlı namizəd üçün MBA proqramına qəbul olmaq çətin olacaq.

Və söhbət yaşdan getmir. Problem namizədin zamanla birlikdə böyüyə bilməməsidir. Əgər liderliyin yüksək qiymətləndirildiyi Harvard kimi elit məktəbə qəbul olmağı düşünürsünüzsə, şübhəsiz ki, bu keyfiyyətə sahib olmalısınız. Bəzi rəhbərlər 40 yaşadək o qədər böyük nailiyyətlərə çatırlar ki, məktəbdə oxumağın mənasını görmürlər.

Buna baxmayaraq, növbəti addım üçün özünü inkişaf etdirməyə çalışan güclü və uğurlu 40 yaşlı lider olduğunuzu sübut etmək çətin deyil. Qeyd edək ki, hər il qəbul olanların bir qismi “yaşlı”lardır.

Gənc MBA abituriyentlərinin qarşılaşdıqları çətinliklər

Gənc namizədlər çox vaxt öz maneələri ilə üzləşirlər. Belə ki, onlar MBA proqramını uğurla başa vurmaq üçün lazım olan fədakarlığı və yetkinliyi qəbul komissiyası qarşısında nümayiş etdirməlidirlər.

Biznes-məktəblərdə nəzəri dərslərin əhəmiyyətli bir hissəsi fərqli insanlar arasında fikir mübadiləsi şəklində keçdiyindən, gənc namizədlər də bu müzakirələrdə iştirak etmək üçün kifayət edəcək qədər həyat müdrikliyinə sahib olduqlarını sübut etməlidirlər. Məktəblərə Wall Street Journal qəzetinin abunəçiləri deyil, şəxsi təcrübəsi olan tələbələr lazımdır.

Gənc və ya yetkin olmağınız vacib deyil, yuxarıda qeyd olunanların hamısını əldə etmisinizsə, sizə lazım olan proqrama qəbul olmaq şansınız böyükdür. Heç vaxt yaşınızı biznes-məktəbə müraciət edib-etmədiyinizi müəyyən edən yeganə amilə çevirməyin.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.