MBA-da sənəd qəbulu: Early Action, Early Decision və Rolling Admissions nədir?

Əgər bakalavr pilləsinə qəbul haqqında danışıqsa, Early Action (EA) – sənədlərin qəbulu / rədd edilməsi barədə erkən bildiriş almaq hüququnu verən opsiyadır, hansıki bütün abituriyentlər üçün könüllüdür. Onun əksi olan Early Decision (ED) – universitetə qəbul dəvətini qəbul etmək öhdəliyidir. Rolling Admissions (RA) proseduru isə sənədlərinizin müəyyən tarixdən sonra deyil, qəbul edildikdən dərhal sonra nəzərdən keçiriləcəyi deməkdir. Bəs MBA haqqında nə demək olar? Early Action, Early Decision və Rolling Admission MBA-da hansı rol oynayır?

Early Action / Early Decision

Bakalavrdan fərqli olaraq, MBA-da bu prosedurlar bir qədər fərqli həyata keçirilir. Məsələn, Early Decision (ED) olduqca nadir hallarda rast gəlinir. Bu opsiya əsasən Columbia Business School üçün aktualdır, çünki burada abituriyentlər digər namizədlərin sənədləri nəzərdən keçiriləndən əvvəl cavab alırlar. ED-namizədlər Columbia məktəbinin onlar üçün prioritet olduğunu göstərdikləri üçün, sənəd paketinin bir hissəsi də bu olur: “Öz üzərimə öhdəlik götürürəm: Columbia Business School-da oxuyacağam, bütün digər müraciətləri ləğv edəcəyim və digər məktəblərdən gələn təkliflərdən imtina edəcəyəm”.

Bəzi proqramlarda Early Action (EA) da var. Bu opsiya “biznes-məktəblər arasında axtarışlarını başa vurmuş və Tuck School of Business məktəbini prioritet seçmiş abituriyentlər və ya potensial namizədlər üçün ən yaxşı seçim” kimi təqdim olunur. Belə ki, EA onlara universitetə qəbul olub-olmaları haqqında daha tez məlumat almaq imkanını verir. Bir daha xatırladaq ki, Early Action proseduru məcburi deyil. EA mərhələsindən keçən və seçdiyi proqramda özünə yer saxlamaq istəyən hər abituriyent yekun nəticələr açıqlanana kimi geri qaytarılmayan depozit (təhsil haqqının bir hissəsi) ödəməlidir.

Eyni zamanda, öhdəlikləri olan EA-ya da rast gəlmək olar, bu səbəbdən tələbə qəbulu zamanı seçdiyiniz universitetlərin veb-saytlarında bütün məlumatları diqqətlə oxuyun. The Fuqua School of Business məktəbində EA opsiyası məhz bu universitetə üstünlük verməyə hazır olan namizədlər üçün nəzərdə tutulub. Əgər onunla yanaşı digər məktəblərdən gələn təklifləri də nəzərdən keçirmək istəyirsinizsə, sənədlərinizi 1, 2 və ya 3-cü turda ümumi əsaslarla təqdim etməlisiniz. Analoji qaydalar UNC Kenan-Flager Business School məktəbində də var – “abituriyentlər qəbul olduqları təqdirdə, məhz bu məktəbdə oxuyacaqlarına əmin olmalıdırlar”. Əgər UNC Kenan-Flager-də oxumağa hazır deyilsinizsə, EA seçimindən istifadə etməməyiniz məqsədəuyğundur.

Rolling Admissions

MBA-da Rolling Admissions (RA) proseduru bakalavrdakı prosedurdan heç nə ilə fərqlənmir: müraciətiniz təqdim edildikdən dərhal sonra nəzərdən keçirilir və təxirə salınmır. Məsələn, Columbia Business School məktəbində RA seçimi mövcuddur. Məsləhət: çalışın mümkün qədər tez müraciət edin ki, qəbul olma şansınız daha yüksək olsun. Bu yanaşmanın başqa bir üstünlüyü də var: cavabınızı daha sürətli alacaqsınız, yəni lazım olduqda, digər variantları nəzərdən keçirmək üçün daha çox vaxtınız olacaq. Qeyd edək ki, MBA-da “rolling” adlandırılan başqa bir termin var – Rolling Decision (RD). Bu opsiya Johnson College of Business (Cornell) məktəbində mövcuddur.

Hazır olun və sənədləri növbəti mərhələdə təqdim edin

Necə olursa olsun, sənədləri tarix baxımından ən yaxın turda göndərmək lazımdır. Bununla belə, burada da hər şey göründüyü qədər asan deyil və bəzən növbəti tura qədər gözləməli olduğunuzu başa düşürsünüz. Məsələn, hələ də GMAT və ya GRE imtahanından istədiyiniz nəticəni əldə edə bilməmisinizsə. Bu halda sənəd qəbulunu təxirə salmaq məqsədəuyğundur.

Əgər təzə-təzə yeni vəzifəyə gəlmisinizsə və ya iş təcrübəniz azdırsa, karyera hekayənizi daha sanballı etmək üçün MBA-ya müraciətinizi altı ayadək təxirə salın. Hər bir proqram qəbulunun detallarını diqqətlə öyrənin. Cavab müsbət olduğu halda digər təkliflərdən imtina etməyə hazır deyilsinizsə, müəyyən öhdəlikləri nəzərdə tutan ED və EA seçimlərindən imtina edin.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.