13 C
Baku
Saturday, November 23, 2024

MBA-da SOFT SKILLS (yumşaq bacarıqlar)

Müasir dövrdə soft skills marketinq və ya maliyyə analizi kimi bacarıqlardan daha vacib hesab olunur, məhz bu səbəbdən biznes məktəblər onların inkişafına daha çox diqqət yetirməyə çalışırlar.

Əksər hallarda yumşaq bacarıqları distant, təkbaşına və ya “kitabdan” mənimsəmək mümkün deyil – onlar canlı təcrübə və ünsiyyət tələb edirlər. Eyni zamanda, bu və ya digər insanın yumşaq bacarıqlarını müqayisə etmək olduqca çətindir. Buna baxmayaraq, iki bərabər peşəkar arasında seçim etdikdə, ilk növbədə yumşaq bacarıqlar nəzərə alınır.

Biznes məktəblərin MBA proqramlarına liderlik, stress-menecment, emosional intellekt, effektiv təqdimat və danışıq kursları daxildir. Lakin soft skills bacarıqların inkişafı 5-6 seçmə kursu dinləməklə bitmir. Əlbəttə ki, bu bilikləri bacarıqlara çevirmək təcrübə tələb edir.

İşəgötürənlərin ən çox maraqlandığı yumşaq bacarıqların bir çox variantı var. Məsələn, Financial Times -in keçirdiyi sorğunun  nəticələrinə görə, onlar ən çox aşağıdakı keyfiyyətləri axtarırlar:

– başqalarına təsir göstərmək bacarığı;

– strateji düşüncə;

– adrenalin və sabitlik;

– komandada işləmək bacarığı;

– fərqli tip insanlarla dil tapmaq bacarığı;

– mürəkkəb problemlərin öhdəsindən gəlmək bacarığı;

– prioritetləri müəyyən etmək bacarığı;

– başqalarını öyrətmək, tabeçiliyində olan insanlar üçün kouç olmaq bacarığı;

– təhlil aparmaq bacarığı;

– vaxtını idarə etmək bacarığı;

SchooSloan Business MTI-nin kadr xidmətlərinin müşahidələrinə görə, bir çox işəgötürən soft skills bacarıqlarını yoxlayan testlərdən keçmiş namizədlərlərə üstünlük verir.

Niyə soft skills böyük əhəmiyyət kəsb edir?

Soft skills – müvəffəqiyyətlə ünsiyyət qurmağa imkan verən keyfiyyətlərdir. Onlar iş prosesini qurmağa, habelə karyera pilləkəni üzrə irəliləməyə imkan verirlər. Soft hard bacarıqlar arasındakı fərqi aydın şəkildə göstərən bir ifadə var: “Əgər heç kim sizi tanımırsa və sizinlə işləmirsə, peşəkar mütəxəssis olmağınızın nə mənası var?”.

Məsələn, belə bir satış menecerini təsəvvür edin: o, bütün kursları əzbər bilir, lakin hər şeyi robot kimi edir. Bu səbəbdən daha xarizmatik həmkarları ilə müqayisədə daha az uğurlu insan olacaq, çünki bilik və bacarıqlarını lazımi səviyyədə təqdim edə bilməcəyək.

Bir konsepsiya kimi soft skills müştəri xidmətləri və danışıq keyfiyyəti yüksək olduğu sahələrdə vacibdir. Belə ki, məhz bu bacarıqlar qeyri-müəyyənlik şəraitində bizə düzgün qərar qəbul etməyə kömək edir.

Soft skills bacarıqlarını necə inkişaf etdirmək olar?

Soft skills bacarıqların inkişaf etdirilməsinin əsas iki yolu var:

  1. Müstəqil şəkildə. Bu halda yumşaq bacarıqlar “sərt təcrübə” sayəsində inkişaf etdirilir. Düzdür, ixtisaslaşmış kitablar sizə müəyyən dərəcədə kömək edə bilər, lakin birinci yerdə real təcrübə dayanır.
  2. Peşəkar mühitdə. Birinci variantdan fərqli olaraq, burada öyrənmə prosesi daha sürətli və keyfiyyətli olacaqdır. Belə ki, hər addımda qazanılan yeni təcrübə mütəxəssislər tərəfindən korreksiya olunur.

Təcrübə göstərir ki, qarşına soft skills bacarıqlarına yiyələnmək məqsədini qoyan insanlar, birbaşa ikinci yola – peşəkar mühitə üstünlük verirlər.

Son xəbərlər
Digər xəbərlər