11 C
Baku
Monday, November 25, 2024

MBA haqqında əfsanələr və yalnışlıqlar

MBA mövzusu ətrafında yayılmış miflər və yanılmaların sayı olduqca çoxdur. Ən məşhur miflərə nəzər yetirək.

Mif 1: MBA böyük şirkətlərdə çalışmaq istəyənlər üçün uyğundur

MBA demək olar ki, istənilən bir təşkilatda müvəffəqiyyətə nail olmağa kömək edə bilər. Böyük korporasiyalarda, orta və hətta kiçik şirkətlərdə MBA diplomlu bir çox menecerlərə rast gələ bilərsiniz.

Bəzən insanlar MBA təhsilini şəxsi biznes açmaq və ya kiçik ailə biznesini idarə etmək məqsədi ilə alır. Xatırladaq ki, MBA təhsilinin əsas üstün cəhəti, onun çoxtərəfli olmasıdır.

MBA – böyük korporasiya haqqında deyil, biznes haqqındadır.

Mif 2: Bütün biznes məktəblər bir-birinə oxşayırlar

Əslində, biznes məktəblər bir-birindən fərqlənirlər. Biznes məktəbini seçdiyiniz zaman, həmin məktəbin nümayəndələri və ya orada təhsil almış tanışlarınız ilə danışmağınız tövsiyə olunur. Təbii ki, aldığınız tövsiyələrə tamamilə güvənməyiniz məsləhətli deyil. Belə ki, bəzən hər hansısa biznes məktəbin məzunu, digər məktəblərin mövcud olmasından xəbərdar olmaya bilər, və ya bütün məktəbləri bir-birinə oxşar hesab edə bilər.

Mif 3: MBA proqramında müvəffəqiyyət qazanmaq üçün, riyaziyyat fənni üzrə biliklər yüksək səviyyədə olmalıdırlar.

MBA proqramları bizə analitik düşüncəni öyrədərək, artıq əldə etdiyimiz bilik və bacarıqlara əsaslanırlar. Ali təhsilli orta statistik hər bir insan, MBA proqramını müvəffəqiyyətlə bitirə bilər. Bu işdə mühasibat uçotu, maliyyə menecmenti və ya kəmiyyət metodları sahəsində peşəkar olmağınız tələb olunmur.

Mif 4: Biznes sahəsində heç bir təcrübə olmadığı təqdirdə, MBA  təhsili sadəcə vaxt itkisidir.

Burada ümumiyyətlə istənilən bir  iş təcrübəsi əhəmiyyət kəsb edir. Təcrübənizin sırf biznes strukturlarına aid olması vacib deyil. Unutmayın ki, MBA qrupunun dinləyiciləri, adətən fərqli təhsilə və təcrübəyə malikdirlər. Onların hər biri öz təcrübəsini MBA dərslərində təhlil etməyə çalışır, bu isə tədris prosesini daha maraqlı və effektiv edir. Biznesdə heç bir təcrübəsi olmayan insan belə, tədris prosesinə qoşula bilər.

Nəzərə alın ki, MBA qrupunun formalaşdırılması prosesində dinləyicilərin bilik və təcrübələri administrasiya tərəfindən nəzərə alınır. Burada əsas məqsəd, harmonik bir auditoriyanı yaratmaqdan ibarətdir.

Mif 5: MBA təhsili çox vaxt alır. Həm işləmək, həm də ailəyə vaxt ayırmaq qeyri-mümkündür

Əlbəttə ki, hər bir təhsil vaxt tələb edir. Buna baxmayaraq, biz düşünürük ki, MBA-ya sərf etdiyimiz vaxta qənaət etməməlisiniz. Yeni bir şeyin öyrənilməsinə, kollektiv yaradıcılığa, maraqlı ünsiyyətə və vəzifələrin həllinə xərclədiyiniz vaxta görə heyfsilənməyin.

Öz vaxtınızdan səmərəli şəkildə istifadə etsəniz, bu kimi problemlərlə üzləşmək ehtimalı çox azdır. Çox vaxt MBA məzunları, diplom aldıqları zaman tədris prosesinin başa çatmasına görə heyfsilənirlər. Məlum olur ki, onlar hər şeyi çatdıra bilirlər, həm işi, həm şəxsi həyatı, həm də səyahət etməyi.

Mif 6: Dövlət universitetlərinin nəzdində fəaliyyət göstərən biznes məktəblər, ali təhsil müəssisələrinin tədris prosesi ilə eyni bir qaydada işləyirlər: mühazirəli təhsil sistemi, nəzəriyyəçi müəllimlər.

Əlbəttə ki, yeni biznes məktəbin yaradılması ideyasının təşəbbüskarları, bu təhsildə məlumatlı olan insanlar olmalıdırlar.

Lakin məlumdur ki, ilk biznes məktəblər universitetlərin infrastrukturunun istifadəsi yolu ilə yaradılmışdır.

Həmin dövrlərdə qərb biznes məktəblərində başa düşdülər ki, biznes sahəsində təcrübəli olan insanlara fərqli qaydada dərs vermək lazımdır. MBA proqramında müəllimin əsas məqsədi, müzakirələrin moderatoru qismində çıxış etməkdir.

Eyni zamanda, ali təhsil müəssisələrinin resurslarından istifadə də pis bir şey deyil. Ümumiyyətlə, keyfiyyətli tədrisi təşkil etmək (bu, ucuz başa gəlmir!) üçün resursların sayı çox olmalıdır.

Mif 7: Universitetlərin nəzdində fəaliyyət göstərən biznes məktəbləri dövlət maliyyələşdirir. Buna görə də onlar bazarın şərtlərinə uyğun fəaliyyət göstərmirlər və biznesdən uzaqdırlar.

Universitetlərin nəzdində fəaliyyət göstərən biznes məktəblər, özəl biznes məktəblərdən heç nə ilə fərqlənmirlər. Belə ki, onlar özləri özlərini maliyyələşdirirlər. Aktiv axtarış, tədqiqat fəaliyyəti və yeni proqramların yaradılması, sahibkarlığın formasından asılı deyil. Biznes məktəbin biznesə olan yaxınlığı, bu biznes məktəbi bitirən iri şirkət rəhbərlərinin sayı ilə müəyyən olunur.

Mif 8: “Digər məktəblərin” MBA proqramları, yalnız nəzəri biliklər verirlər və orada əldə edilən bilikləri praktikada tətbiq etmək olmaz.

Bu yanaşma tamamilə yanlışdır. Nəzərə alın ki, hər bir tədris prosesi özündə həm nəzəri, həm də praktiki hissələri ehtiva edir. Adətən qrup nümayəndələrinin əksəriyyəti deyirlər: “Mənə təcrübə lazım deyil, bu sahədə işdə hər gün təcrübə qazanıram. Mən nəzəri biliklərə ehtiyac duyuram”. Nümayəndələrin digər hissəsi isə deyir: “Mən nəzəri olaraq tam hazırlıqlıyam, çox oxuyuram, seminar və təlimlərdə daim iştirak edirəm. Mənə təcrübə lazımdır!”.

Nəzəri bilikləri daha yaxşı qavramaq üçün kurs işlərinin, layihələrin hazırlanmasında iştirak etməyiniz vacibdir. Eyni zamanda, xarici ölkələrdə təcrübə proqramlarında da iştirak edə bilərsiniz.

Mif 9: “Biz 125 min menecer hazırlamışıq, məzun asossiyasiyasında üzvlərin sayı 173 minə çatıb, buna görə də ən yaxşı MBA proqramları bizdədir.

Bu kimi iddialara bir çox biznes məktəblərinin bir çoxunda rast gəlmək olar. Lakin, bütün bunlar vacib deyildir. Biznes məktəbləri, teatr kimi müxtəlif inkişaf dövrlərini keçirlər. Ümumiyyətlə, beş yaxşına çatmış hər bir biznes məktəb, artıq tamamilə başqa bir məktəbdir.

Mif 10: “Bizim biznes məktəbimiz sizə yüksək keyfiyyətli təhsil proqramlarını təklif edir, çünki o XXX, YYY və ZZZ beynəlxalq assosiyasiyaların üzvüdür”.

Nəzərinizə çatdıraq ki, hər hansısa beynəlxalq birlikdə üzvlük, təhsilin keyfiyyətinə heç bir təsir göstərmir.

Üzvlük: töhfələr ödəyirsən, dünyanın müxtəlif ölkələrinə konfranslarda iştirak etmək üçün gedirsən, gözəl qovluqlarda materiallar alırsan.

Keyfiyyət: proqramların akkreditasiya edilmiş məzmun, metodologiya, biznes məktəbdəki biznes proseslər və s.

Mif 11: “MBA üzrə təhsili ya paytaxtda, ya da xarici ölkələrdə almaq lazımdır” (paytaxtdakı biznes məktəblərin mövqeyi). “Regionda oxuduğunuz zaman yerli biznes-cəmiyyəti ilə əlaqələr yarada bilərsiniz. Yerli müəllimlər regional spesifikanı daha yaxşı bilirlər” (regional biznes məktəblərinin mövqeyi).

Əgər regionda yaşayırsınızsa və hər hansısa şirkətdə çalışırsınızsa, çox güman ki, yerli biznes-cəmiyyəti ilə iş əlaqələrini artıq qurmusunuz. Burada heç bir biznes məktəbinin iştirakına gərək yoxdur.

Eyni zamanda, regional tədris mərkəzlərində MBA təhsili o qədərdə geniş yayılmayıb. Adətən bu kimi müəssisələrdə MBA qrupları 4-5 nəfər tələbədən ibarət olurlar. Bu isə  MBA-nın əsas prinsipinin pozulması deməkdir (hər qrupda ən az 15 nəfər olmalıdır).

Regional biznes məktəblərində yaxşı müəllimlərin sayı da olduqca aşağıdır.

“Regional spesifika” haqqındı söhbətlər isə sadəcə uydurmadı. Biznes ya yaxşı, ya da effektiv ola bilər.

Son xəbərlər
Digər xəbərlər