MBA ixtisasına qəbul haqqında 5 yanlışlıq

Son illərdə MBA ixtisasına qəbul haqqında bir çox mif yaranıb. Sənəd vermə proseduru ilə bağlı qarışıq məsələlər çox olsa da, onlardan ən populyar olanlara nəzər yetirək.

  1. Sənədlərinizi yalnız iki-üç məktəbə göndərə bilərsiniz

Əvvəllər abituriyentlər iki və ya uzaq başı üç biznes-məktəbə müraciət edirdilər. Lakin indi namizəd sənədlərini ən azı 5 universitetə göndərir, çünki MBA proqramlarının sayı günü-gündən artır. Öz biznes-məktəbini inkişaf etdirməyə investisiya qoyan universitet çoxdur, buna görə dəyərləndirməli olduğunuz seçimlərin sayı da durmadan artır. Eyni zamanda namizədlər arasındakı rəqabət də artmaqdadır, bu da hər il yaxşı hazırlıq keçmiş namizədlərin kütləsinin “kənarda” qalmasına səbəb olur. Bəli, sənədlərin hazırlanması həqiqətən çox vaxt aparır, çünki hər bir müraciət unikal olmalıdır. Buna baxmayaraq, yolunuzdan dönməyin və mümkün qədər çox müəssisə ilə əlaqə qurun. Bu strategiya abituriyentlərə ən yaxşı məktəbə daxil olmağa imkan verir.

  1. Məktəblər sizdən tərif eşitmək istəyirlər

Çox vaxt namizədlər öz esselərində Wharton-nun “mükəmməl” şəbəkəsindən istifadə etməyi və ya Booth-un “məşhur” tədris proqramını izləməyi planlaşdırdıqlarını qeyd edirlər. Əlbəttə ki, bütün biznes-məktəblər niyə məhz onları seçdiyinizi bilmək istəyirlər, lakin bu fikri onlara çatdırmaq üçün tərifə ehtiyac yoxdur. Bunun yerinə sizə real fayda gətirəcək proqramın elementlərini seçin. Bu məqamlar sizinlə əlaqəli olmalı və şəxsi təcrübəniz, hədəflərinizlə bilərşdirilməlidir.

  1. Biznes-məktəblər yalnız xüsusi iş təcrübəsi olan namizədləri seçirlər

Sözsüz ki, MBA təhsili müəyyən sahələr üçün xarakterikdir (məsələn, konsaltinq və bank investisiyaları), lakin burada vahid düzgün karyera istiqaməti yoxdur. Əslində, unikal iş təcrübəsi sizin hətta xeyrinizə ola bilər. Biznes-məktəblər açıq fikirli tələbələri sevirlər, eyni zamanda qeyri-ənənəvi təhsil almış namizədlərin dərs zamanı qrup yoldaşları ilə bölüşdüyü bilikləri yüksək qiymətləndirirlər. Əsas odur ki, əvvəlki təcrübə və perspektivlərin gələcək karyeranız üçün necə istifadə edəcəyinizi göstərəsiniz.

  1. “Düzgün” karyera məqsədi mövcuddur və sizin də hədəfiniz o olmalıdır

Düşünməyin ki, abituriyentlərin seçdikləri konsaltinq və ya bank investisiyaları kimi sahələr mütləq sizin də xoşunuza gəlməlidir. Qəbul komissiyası üçün vacib olan odur ki, tələbələr oxuduqları proqramda maraqlı olsunlar. Yaxşı olar ki, essedə həqiqətən məşğul olmaq istədiyiniz sahə haqqında yazasınız. Əgər hədəfinizə çatmaq realdırsa, çəkinmədən müvafiq addımlar atın. Və ən əsası – fikirlərinizi dəqiq şəkildə formalaşdırın.

  1. Əldə etməyi bacardığınız hər bir şey haqqında məlumat vermək lazımdır

Bir çox namizəd ən xırda detalları belə essedə sığışdırmaq istəyir. Onlara elə gəlir ki, bu günə kimi əldə etdikləri bütün nailiyyətləri yazmasalar, universitetə qəbul ola bilməyəcəklər. Qeyd edək ki, həqiqətdə adətən bunun əksi baş verir. Özünəməxsusluq gətirən bəzi epizodların təfərrüatlarını qeyd etməsəniz də olar. Seçdiyiniz proqramda maraqlı olduğunuzu göstərin, liderlik keyfiyyətlərinizi nümayiş etdirin və müvəffəq olduğunuz bir neçə situasiya haqqında məlumat verin.