Əgər MBA ixtisasına qəbul olmaq istəyirsinizsə, yəqin ki, gecə-gündüz həndəsə əzbərləməyə çalışırsınız. Buna görə də, sizi daha çox yükləməyə fikrimiz yoxdur. Mütəxəssislərin apardığı araşdırma zamanı abituriyentlərin MBA-ya qəbul olduğu müddətdə tez-tez yol verdiyi səhvləri müəyyən edildi.
MBA ixtisasına qəbul olmağınıza mane olan 10 səhv aşağıdakılardır:
Səhv №1: Digər tələbələrin GMAT və ya GRE imtahanından aldığı nəticəyə diqqət yetirmirsiniz və düşünürsünüz ki, bu sizin işiniz deyil
Bir qayda olaraq, qəbul komissiyası imtahandan aldığınız qiymətlərə və sahib olduğunuz iş təcrübəsinə MÜTLƏQ diqqət yetirir. Yaxşı olar ki, digər tələbələrin orta göstəricilərini öyrənəsiniz və bu qrupa uyğun olub-olmadığınızı başa düşəsiniz.
Bizim əldə etdiyimiz məlumatlar göstərir ki, əgər GMAT və ya GRE imtahanından qazandığınız bal orta səviyyədən olduqca aşağıdırsa, demək ki, sinfinizin ən zəif tələbələri sırasındasınız (onların ümumi payı təxminən 10% təşkil edir). Başqa sözlə desək, orta GMAT nəticələrinizə baxmayaraq seçilmək üçün hansı üstünlüyünüz var? Unitmayın ki, imtahan nəticələrinin zəif olması sizin qəbul olmaq şansınızı əhəmiyyətli dərəcədə azaldır.
Səhv №2: Gec başladınız
Əgər hərtərəfli təhlil aparmamısınızsa və məzun olduqdan sonrakı dövrün hədəflərini müəyyən etməmisinizsə, digər tələbələrlə müqayisədə mövqeyiniz xeyli zəif olacaqdır. “Niyə MBA?”, “Niyə indi?”, “Güclü tərəflərim hansılardır?” – yaxşı olar ki, bu suallar ətrafında əvvəlcədən düşünəsiniz.
Səhv №3: Sizin üçün cəlbedici olmayan çox sayda proqram və ya kurslara müraciət göndərirsiniz
Yaxşı olar ki, qəbul olmaq istədiyiniz biznes məktəbə “uyğun” olasınız. Unutmayın: dünyanın ən məşhur universitetlərində hər bir yer üçün 6-10 nəfər müraciət göndərir. Universitetlər sizin bir neçə proqrama müraciət etdiyinizi başa düşürlər, lakin burada da sualtı daşlar var. Əgər imtahanda yazdığınız esse (orada xəyal etdiyiniz biznes məktəbi təsvir edəcəksiniz) digərlərindən fərqlənsə, heç də yaxşı təəssürat bağışlamayacaqsınız.
Səhv №4: Digər namizədlərdən fərqlənmirsiniz
Adətən namizədlərin 80%-i akademik və ya peşə təhsillərini artıq başa vurub. Hər il MBA ixtisası üzrə təhsil almaq istəyən tələbələrin yalnız 20%-i qəbul olur. Bunu nəzərə alsaq, onların hər hansı fərqləndirici xüsusiyyətlərə malik olmalarını düşünmək məntiqidir. Məsələn, diqqəti çəkən üstünlüklərdən biri könüllü və ya sinifdənkənar fəaliyyət ola bilər. Əsas odur ki, başqalarından fərqlənəsiniz.
Səhv №5: Məktəb seçərkən yanlış prinsiplərdən çıxış edirsiniz
Kimlə rəqabət aparmalı olduğunuzu xatırlayın. Hər bir abituriyent sayta daxil olur. Onlardan hər biri qəbul olmaq istədiyi kurslar haqqında saatlarla danışa bilər. Faydalı tanışlıq şəbəkəsini genişləndirmək, nüfuz qazanmaq, daha yüksək dərəcə əldə etmək və ya peşəkar bacarıqları gücləndirmək istəyi məntiqidir. Məktəb seçimi haqqında danışarkən niyə məhz bu proqrama qəbul olmaq istədiyinizə diqqət yetirin.
Səhv №6: Başqasının hekayəsini təkrarlamağa çalışırsınız
Sahib olduğu bilik və bacarıqları eyni olan insanlar tamamilə əks nəticələr əldə edə bilərlər. Nəzərə alın ki, qəbul komissiyası biznes məktəbin həm daxilində, həm xaricində təsir göstərmək potensialı olan namizədlər axtarır. Əlbəttə, siz başqasının hekayəsini danışa bilərsiniz, ancaq bu yalan dərhal üzə çıxacaq. Və burada asan yol yoxdur. Müsahibə zamanı başqalarının istəklərini təqlid etmək çox çətindir. Çalışın yalnız öz maraqlarınız barədə danışasınız.
Səhv №7: Strategiya olmadan esse yazmağa başlayırsınız
Əlbəttə, imtahan sualları dərc olduqdan dərhal sonra esse yazmağa başlamaq istəyirsiniz. Lakin biz əvvəlcə material toplamağı və bütün seçimləri öyrənməyə başlamağı məsləhət görürük. Əgər hazır fəaliyyət planınız yoxdursa, bunu iki dəfə etməli olacaqsınız.
Səhv №8: Birtərəfli mənzərə yaradırsınız
Bir çox namizəd var ki, səhiyyəyə və ya təhsilə dərin sevgi hissi duyduğunu söyləyir. Siz soruşa bilərsiniz: bu pisdir ki? Əlbəttə, pis deyil, lakin heç vaxt yaxından iştirak etmədiyniz bir sahədə maraqlı olduğunuzu söyləməyiniz məntiqsizdir.
Komissiya MBA-nın sizin planlarınıza uyğun olduğundan əmin olmalıdır. Özünüzə sual verin: nə üçün biznes təhsil alıram? Konsaltinq dünyasına daxil olmaq üçün, yoxsa mövqeyinizi möhkəmləndirmək üçün? Əldə etdiyiniz bilik və bacarıqları harada tətbiq edəcəksiniz?
Qısamüddətli məqsədlər arasında idarəetmə konsaltinqi və strateji planlaşdırmanı qeyd etmisinizsə, müsahibə zamanı digər mövzulara da toxunmağa çalışın. Qeyd: namizədlərin 90%-i müsahibədə konsaltinqdən danışır.
Səhv №9: Nəsə gizlədirsiniz
Əgər keçmişinizdə utancaqlıq hissi doğuran bir şey varsa, essedə bu məqama toxunmağınız sizin xeyrinizədir. Bu hər şey ola bilər – uğursuz startap, bakalavr pilləsində oxuduğunuz zaman aldığınız aşağı qiymətlər və s. – yaxşı olar ki, bu mövzu üzərində nəzarəti öz əlinizə götürəsiniz. Bütün bunların necə baş verdiyini izah etdikdə, neqativ təcrübənin peşəkar inkişafınıza təsirinə vurğu edin. Bu həm də biznes məktəbində qazandığınız biliklərin o an sizə necə kömək edə biləcəyini təsvir etmək üçün əla fürsətdir.
Səhv №10: Həmişə məşğul olan rəhbərin sizin bütün nailiyyətlərinizi xatırladığını düşünürsünüz
Siz motivasiya məktubunu istədiyiniz kimi yaza bilərsiniz, lakin zəhmli dəstək almaq üçün daha çox çalışmalısınız. Unutmayın: müəlliminiz mərhəmətli biri olsa da çox məşğuldur və hər hansısa nailiyyətiniz varsa, onu mütləq xatırladın.