23 C
Baku
Tuesday, April 23, 2024

MBA məktəblərinin əsas problemi: qadın tələbələrinin azlığı

Son statistik məlumatlara əsasən, idarəetmə vəzifələrinə qədər yüksəlmiş qadınların miqdarı 2012-ci ildə heç də sevindirici olmayıb. Böyük Britaniyanın FTSE 100 siyahısında yalnız 17% qadın aparıcı mövqe tutur. Araşdırmaların nəticəsi göstərir ki, bərabərlik şərtlərində təşkilatı proses daha effektiv və məhsuldar olur, onda belə bir balansa nəyə görə indiyə qədər nail olunmadığı müəmma olaraq qalır.

Bəs bunun təhsilə nə qədər təsiri var? Tamamı ilə ayındır ki, müvafiq təhsil kursu keçməli, lazımı təcrübə və səriştə toplamalı, bacarıqlara yiyələnməlidir. Beləliklə universitetlər və biznes məktəblər insanın iş həyatına hazırlanmasında vacib rol oynayır.

Məlum olduğu kimi, xanımlar yuxarı siniflərdə və ali məktəblərdə daha yüksək nəticələr əldə edir və əksər hallarda təhsilə davam edirlər. Lakin bir neçə il sonra, insanlar yüksək menecmentə düşməyə can ataraq, MBA proqramlarına qoşulurlar. Lakin bu sıra qanunların sayı kəskin azalır və demək olar ki, yoxa çıxır. Financial Times-in 2012-ci ilə verdiyi xəbərə əsasən Britaniyanın MBA proqramlarında oxuyan tələbə qızların sayı cəmi 24% təşkil edir.

Bir çox biznes məktəbləri bütün səylərini səfərbər edir ki, məqsədyönlü təşviqat və maliyyə dəstəyi sayəsində MBA proqramlarında balansa nail olsunlar. Bir çoxları öz tədris planına yalnız qadınlar üçün liderlik pröqramları daxil edərək, Catalyst, the Forte Foundation və the 30percentclub kimi qadın təşkilatları ilə əməkdaşlıq müqavilələri imzalayıblar.

Amma ola bilər ki, biznes məktəbləri ən vacib məqamı gözdən qaçırırlar. Ola bilsin ki, müstəsna qadın MBA proqramlarına oriyentasiya olmaq əvəzinə, kişilər üçün MBA proqramlarında onları öz təşkilatlarında dəyişiklik etməyə ruhlandırsınlar və öyrətsinlər. Axı yekun nəticədə, kişilər böyük sosial kapitala malikdir. Onların bütün imkanları var ki, işgüzar ortamı dəyişərək, onu yenidən elə bir şəkildə struktlaşdırsın ki, hamı orada uğur əldə etmək üçün bərabər şanslar əldə etsin.

Biznes məktəblər üçün bu mənada yaxşı başlanğıc öz mədəni proqramlarını və ya tədris planlarını yenidən nəzərdən keçirmək ola bilər. Hansı etapda fərqliliklər bütün sinfin müzakirə obyektinə çevrilir? Uğura ənənəvi yolla deyil, daha fərqli üsulla nail olmaq istəyən gənclər cinsi mənsubiyyətindən asılı olmayaraq bütün insanlara dəstək göstərmək məqsədi ilə yenidən təşkil etmə və yenidən srtrukturlaşdırma metodlarını nə vaxt öyrənirlər.

Belə planlı icmal özündə insanları təhtəlşüur səviyyəsində ruhlandıran və dəstək göstərən davranış tərzinin açıq müzakirəsini əhatə etməlidir. Məsələn, sizin komanda şəxsi xüsusiyyətlərə görə qiymət alırmı? Komanda üzvləri komanda işinə nə dərəcə önəm verir və bu iş üzərində düşünürmü? Əks halda isə komanda üzvlərinin bəzilərinin talantı sona qədər istifadə olunmamış qalacaq, onlar özünü təcridlənmiş hiss edəcəklər və özlərinin potensialı büruzə verə bilməyəcəklər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər