13 C
Baku
Friday, November 22, 2024

MBA nədir?

MBA (Master of Business Administration) – menecmentdə (idarəetmədə) ixtisas dərəcəsidir.

Çox vaxt bu abbreviaturadan dərəcənin göstərilməsi üçün deyil, həm də dərəcə almaqdan ötrü tədris proqramları üçün də istifagə olunur. MBA ixtisası dedikdə, orta və yüksək manqanın rəhbərinin işini yerinə yetirməsi bacarığı başa düşülür. Adətən MBA proqramı üzrə tədris dövrü bir ildən iki ilə qədər vaxt aparır.

Dünyanın top biznes-məktəblərindən birində əldə edilmiş MBA dərəcəsi – dünyanın məşhur korporasiyalarında top-menecer vəzifəsinə “açar” və öz potensialını menecer kimi tam göstərmək imkanıdır!

MBA –dərəcə bir sıra üstünlüklər verir:

  • Biznesin müxtəlif sahələrində: maliyyə, marketinq, sahibkarlıq, menecment kimi sahələrində dərin təcrübi biliklər almağa imkan verir;

xarici ölkədə uğur qazanmış menecerlərin arasında 2 ilə qədər qalmaq və təhsil aldıqdan sonra orada işləmək imkanı;

  • Bütün dünyada dəyərli biznes-əlaqələr qurmaq imkanı;
  • Köklü surətdə peşəni dəyişmək imkanı;
  • Beynəlxalq miqyasda karyera etmək və nəhəng korporasiyalardan birinə rəhbərlik etmək;
  • Şəxsi işini genişləndirmək və biznesin qlobal görüntülərini əldə etmək imkanı;
  • Biznes-məktəblərdə mühazirələr oxuyan Nobel laureatlarının mühazirələrini dinləmək və onlardan öyrənmək imkanı;
  • Öz inkişafına əlverişli investisiyalar etmək imkanı və s.

MBA-nın tarixi 1901-ci ilə  – Nyu-Hempşir ştatının (ABŞ) Dortmund kollecinin biznes-məktəbinin məzunları Master of Business Administration dərəcəsini aldıqları vaxta təsadüf edir. Düzdür, o vaxt bu təhsil bu günkü kimi hörmətdə deyildi.  Diplomda MBA sözü yalnız onu göstərirdi ki, bu şəxs istehsal və bazar üzrə XX əsrin əvvəllərində aktual olan tədris kursu keçmişdir. 66 ildən sonra bunlar Böyük Britaniyada (London və Mançesterdə) meydana gəldi. Avropanın qalan hissəsinə onlar daha sonra gəlmişlər.

40 ildən artıq bir dövr ərzində biznes-məktəblər biznes aləmi üçün əsl peşəkarlar hazırlayan proqram yaratmaq məqsədini qarşılarına qoyaraq, nəzəriyyə  və təcrübə, innovasiya və ənənəvi predmetlər arasında manevr edirdilər. XX əsrin sonunda artıq MBA proqramı üzrə tələbə hazırlığını həyata keçirən 900 ali məktəb var idi. Təkcə ABŞ ərazisində onlar hər il 90 000-dən artıq diplom verir ki, bu da biznes-təhsili ümumi akademik təhsildən sonra populyarlığına görə ikinci yerə qoyur.

Şübhəsiz ki, Amerika biznes-təhsili MBA dərəcəsi almağa imkan verən dünya təhsil proqramları arasında liderdir. Əgər Amerika biznes məktəblərinin diplomları həm ABŞ-da, həm də Avropada eyni dərəcədə qiymətləndirilirsə, Avropanın diplomları, ola bilər yalnız Fransanın İNSEAD və Britaniyanın LBS-i istisna olmaqla, yalnız öz ölkələrində yüksək dəyərləndirilir.

Avropalılarla amerikalıların ciddi rəqabətindən söhbət də gedə bilməz. ABŞ biznes-məktəblərinin liderliyinin səbəbi tələbə və işəgötürənlərin sorğularına daha tez reaksiya verməsindədir. Tədris proqramları maksimum dərəcədə təcrübəyə yaxınlaşdırılmışdır ki, bu da məzunlara bütün dünyanın qabaqcıl şirkətlərində uğurla fəaliyyət göstərmək imkanı verir. Bununla belə, son vaxtlar Avropanın da biznes-təhsili ciddi surətdə inkişaf edir.

Amerikanın qabaqcıl biznes məktəbləri arasında aşağıdakıları (FT.com, Forbes.com, Businessweek.com ümumdünya reytinqlərinin məlumatlarına əsasən) fərqləndirmək olar: Stanford University GSB, Harvard Business School, University of Pennsylvania: Wharton, Columbia Business School, Chicago GSB, Northwestern University (Kellog), MIT Sloan, University of Michigan (Ross) və s.
Avropanın biznes-məktəblərinə gəldikdə isə, onların arasında (ft.com-un məlumatlarına əsasən) liderlər aşağıdakılardır: HEC Paris (France), London Business School (Great Britain), IMD (Switzerland), Instituto de Empresa (Spain), INSEAD (France/Singapore) və s.

MBA-nın keyfiyyətli proqramı  50-70 min ABŞ dollarıdır (tədris xərclərini nəzərə almadan). Bur çox məktəblər banklarla əməkdaşlıq edirlər və öz tələbələrinin kreditləşdirilməsi imkanını nəzərdə tuturlar. Bəzi hallarda, şirkət öz əməkdaşlarının təhsilini  maliyyələşdirir. Bu təhsilin kreditləşməsi barədə danışarkən, ABŞ-da tədris üçün kredit almaq çətin deyil, ona görə ki, Amerikanın çox məktəbləri banklarla birbaşa əməkdaşlıq edirlər. Avropa dövlətlərində isə, çox hallarda maliyyə vəsaitini ozunuz tapmalısınız, ona görə ki, Avropa biznes-məktəbləri tam tədris xərclərini ödəyən kreditləri, demək olar ki vermirlər.
Ümumi və qəbul edilmiş sistemləşdirilmiş program mövcud deyil (eləcə də sistemləşdirilmiş ümumi MBA standartı mövcud deyil).  Buna baxmayaraq proqram formalarının keçirilməsinin daha çox yayılmışlarını fərqləndirmək  olar:

  • Full time MBA – ənənəvi “əyani” formatda tədris olunan proqramlardır, “istehsalatdan ayrılmaqla” tədris olunması nəzərdə tutulub.
  • Part time MBA – “əyani” keçirilən proqramlardır, lakin bu zaman tələbə oxumaq üçün bütün vaxtını sərf etmir (bir qayda olaraq, işin və təhsilin eyni zamanda olması).  Daha çox Part-time proqramının quruluşu, axşam və modul variantları şəkilində yayılıb.
  • Distance MBA – proqramlarında tədris prosesi zamanı daha çox çeviklik əldə etmək üçün məsafədən tədris metodu istifadə olunur.
  • Executive MBA  (EMBA) – bu proqramlar yüksək səviyyəli rəhbərlər üçün nəzərdə tutulub, məzmunu ilə tələbələrin böyük iş təcrübəsinə əsaslanır.


Top Universitetlərin reytinqi

The Wall Street Journal

2009
Rank
School/Location
Student Rank Alumni Rank Students per class Program Length/ Total Program Cost Skill Enhance-
ment
Leadership Enhance-
ment
Alumni Impact
1 IE Business School/Madrid 2 1 398 13/69,500 Top Top Top
4 IMD/Lausanne, Switzerland 1 2 90 11/73,417 Middle Top Top
3 Cranfield School of Management/Bedford,

England

6 3 40 11/44,800 Top Top Top
2 Northwestern Univ. (Kellogg)/Evanston, IL 4 7 80 12/65432 Middle Top Middle
5 Babson College (Olin)/Babson Park, Mass. 3 11 87 12/54,058 Bottom Top Bottom
6 ESADE/Barcelona 7 4 40 12/61750 Middle Top Bottom
7 INSEAD/Fontainebleau, France 10 6 481 10/67,426 Middle Middle Top
8 IAE/Buenos Aires 7 10 40 11/26,000 Top Top Middle
9 Miami (OH) Univ. (Farmer)/Oxford, Ohio 8 9 27 14/50,000 Top Middle Top
10 Emory University (Goizueta)/Atlanta 9 16 47 12/63,600 Top Middle Bottom
11 Cornell Univ./Ithaca, N.Y. 5 5 41 12/74,850 Top Middle Top
12 Copenhagen Business School/Copenhagen 13 12 47 11.5/50,000 Bottom Middle Middle
13 Univ. of St. Gallen/St. Gallen, Switzerland 15 15 41 12/55,538 Bottom Middle Middle
14 Durham Business School/Durham, England 14 13 46 12/30,537 Top Middle Bottom
15 Univ. of Oxford (Said)/Oxford, England 16 14 233 12/49,356 Middle Bottom Middle


Financial Times (ft.com)

 

Rank ’10 Rank ’09 School name Country Weighted sal. ($) Salary inc. (%) Employ
-ment
1 1 London Business School U.K. 142,340 124 81
2 1 University of Pennsylvania: Wharton U.S.A. 160,848 111 75
3 3 Harvard Business School U.S.A. 161,887 109 87
4 6 Stanford University GSB U.S.A. 164,863 110 85
5 5 Insead France / Singapore 139,941 102 79
6 4 Columbia Business School U.S.A. 160,679 121 77
6 7 IE Business School Spain 139,458 159 89
8 9 MIT Sloan School of Management U.S.A. 154,058 120 83
9 11 University of Chicago: Booth U.S.A. 151,758 116 82
10 16 Hong Kong UST Business School China 115,535 131 91
11 12 Iese Business School Spain 128,891 136 86
12 15 Indian School of Business India 141,291 166 97
13 10 New York University: Stern U.S.A. 136,080 121 80
13 13 Dartmouth College: Tuck U.S.A. 152,802 112 83
15 14 IMD Switzerland 140,320 86 88
16 19 Yale School of Management U.S.A. 139,165 131 85
16 20 University of Oxford: Saïd U.K. 136,467 108 74
18 22 HEC Paris France 122,086 104 89
19 18 Esade Business School Spain 122,825 126 81
20 23 Duke University: Fuqua U.S.A. 129,977 101 76


Businessweek.com

2008
Rank
2006
Rank
School
Poll
Corp.
Poll Intellect. Capital Tuition &
Fees
Pre-MBA Pay
($000)
Post-MBA Pay
($000)
Selec-tivity
Job Offers
(%)
1 1 Chicago (Booth) 2 6 97,165 78.0 105.0 22 94.8
2 4 Harvard 4 9 101,660 77.0 121.0 12 100.0
3 3 Northwestern (Kellogg) 1 25 93,918 75.0 110.0 20 97.0
4 2 Pennsylvania (Wharton) 5 11 100,860 80.0 120.0 18 95.6
5 5 Michigan (Ross) 3 12 90,879 63.5 105.0 20 95.9
6 6 Stanford 9 2 97,842 75.0 125.0 8 96.7
7 10 Columbia 6 8 94,104 75.0 110.0 15 94.2
8 9 Duke (Fuqua) 7 1 95,000 65.0 100.0 30 94.9
9 7 MIT (Sloan) 8 14 93,568 70.0 116.0 15 96.2
10 8 UC-Berkeley (Haas) 11 5 84,055 78.0 110.0 12 94.4
11 13 Cornell (Johnson) 10 13 93,000 68.0 96.5 19 95.0
12 11 Dartmouth (Tuck) 16 7 91,905 65.0 115.0 16 95.0
13 14 NYU (Stern) 13 17 89,184 65.0 95.0 15 94.4
14 12 UCLA (Anderson) 18 4 77,126 65.0 100.0 20 91.8
15 18 Indiana (Kelley) 19 27 76,440 44.0 92.0 34 96.2
16 15 Virginia (Darden) 12 38 94,000 63.0 100.0 25 95.4
17 17 North Carolina (Kenan-Flagler) 14 19 81,401 60.0 95.0 34 96.0
18 NA Southern Methodist (Cox) 17 37 81,384 50.0 90.0 36 83.7
19 16 Carnegie Mellon (Tepper) 21 23 93,844 58.0 102.0 27 96.5
20 26 Notre Dame (Mendoza) 23 24 77,340 49.0 93.5 34 89.9
Son xəbərlər
Digər xəbərlər