Biznes-məktəblərin diplomları bu günkü günümüzdə özünəməxsus populyarlıq qazanıb və bir çox şirkətlər yeni işçi qəbul edərkən mütləq olaraq MBA təhsili tələb edir. Lakin həyatın özü sizdən tək MBA diplomu deyil, başqa nəticələr də gözləyir. Son zamanlar Amerikada MBA təhsilinə marağın azaldığı müşahidə edilir. İşsizlik səviyyəsinin artması və uğur qazanmış sahibkarlar barədə məlumatlar buna təsir edən amillərdəndir. Bunlar o sahibkarlardır ki, sadəcə kollec bitirmiş və heç bakalavr təhsilinə belə sahib olmamış, yaxud universitet təhsilini yarıda qoymuşlar. Belə şəxslərin siyahısında təbii ki, ən yaxşı nümunə olaraq Stiv Jobs, Bill Gates, Riçard Brenson, Mark Tsugerberqi göstərmək olar.
Bəs nəyi seçməli? Hər şeydən əvvəl yadda saxlayın ki, MBA diplomu əldə etməyin sizə heç bir ziyanı olmayacaq. Biznes məktəblərdə təhsil alarkən bir çox imkanlara sahib olacaqsınız. Həyata və təhsilə düzgün yanaşma sizə uzunmüddətli və layiqli uğurun düsturunu qazandıracaq.
Lakin, müsahibəniz sona çatdığı an heç kimin sizin hansı məşhur universitetin diplomunu əldə etməyiniz maraqlandırmır. Rəhbərlər üçün əsas olan işin yerinə yetirilməsidir. Onları əsas maraqlandıran məhz budur.
Yahoo! şirkətinin direktorlar şurasının sədri, məşhur amerikalı biznes şəxsiyyəti Maynard Webb yalnız real həyatda öyrənə biləcəyiniz dərsləri sizinlə bölüşür:
- Sizin vəzifəniz uğurun necə olduğunu başa düşməkdir. Uğursuz və əldə edilən məqsədlərə ciddi şəkildə yanaşın. Bu zaman bunlar sizə digərlərindən daha çox şey qazandıracaq.
- Həyatda da futbolda olduğu kimi bu günkü problemləri həll etməyə çalışdığınızda heç kimi sizin keçmiş nailiyyətləriniz maraqlandırmır. İnsanları ilk növbədə maraqlandıran sizin hazırki problemin öhdəsindən necə gəlməyinizdir.
- Sınaqların öhdəsindən necə gəldiyinizi sübut etməyə hazır olun. İnsanları işə götürən zaman onların intellektual səviyyəsini yoxlamaq üçün çox vaxt onların təhsil nailiyyətlərinə baxıram. Lakin daha çox zamanı onların problemlərin öhdəsindən necə gəlmələrini, nəyə nail olmalarını və hansı məqsədlərə sahib olmalarını öyrənməyə ayırıram.
- İmkanlardan yararlanmağa daim hazır olun. Görəcəksiniz ki, imkanlar bəzən ən gözlənilməz anda yaranır.
- Öz tanışlıq şəbəkənizdən istifadə edin. Bu sizin nə vaxtsa sahib olacağınız ən dəyərli sərvətlərdən biridir. Bunun üzərində işləyin.
- Kainatın mərkəzinin siz olduğunuz fikrini unudun. MBA proqramları rəqabəti genişləndirir. Burada öz ətrafında liderlik uğrunda daim səngiməyən mübarizə gedir. Belə isə, lider olmağa çalışın.
- Tək biznes məktəbdə öyrədilən biliklərlə kifayətlənməyin. Daim bilik sərhədlərinizi genişləndirin və mümkün qədər çox şey öyrənməyə çalışın. Elə layihələr üzərində işləyin ki, sizi birbaşa şirkətin rəhbəri ilə ünsiyyətə vadar etsin. Onların tapşırığın öhdəsindən necə gəldiyiniz öyrənin və lazım gələrsə hadisələrə davranış tərzinizi dəyişin.
- Digər insanlara da kömək etməyə davam edin. Əgər MBA dərəcəniz varsa bunu kiminsə xeyri üçün də istifadə edin.