13 C
Baku
Friday, November 22, 2024

“MBA” proqramı- Azərbaycanda

İyun 24-də magistraturanın ikinci mərhələsinin imtahanları keçiriləcək. bundan öncə isə ayın 6-12 arası bakalavrlar oxumaq istədiyi proqramlar üzrə seçim etməlidir. Biz də diqqətimi məhz bu məsələyə yönəltmək istəyirik. Hansı proqramı seçmək lazımdır?

Adətən bakalavr vaxtı səhv ixtisas seçdiyini düşünən insanlar magistraturaya ikinci şans kimi baxırlar, düzdür Azərbaycanda magistr təhsili bakalavr ixtisasından kəskin uzaq ola bilməz, yəni məzunların proqram seçmək imkanı onların ixtisaslarından asılı olaraq məhdud olur.

MBA-yeganə proqramdır ki, ixtisasından asılı olmayaraq onu hər bir bakalavr seçə bilər. Bəs MBA nədir və onu Azərbaycanın hansı universitetlərində oxumaq olar?

MBA (Master of Business Administration) – menecmentdə (idarəetmədə) ixtisas dərəcəsidir.

Çox vaxt bu abbreviaturadan dərəcənin göstərilməsi üçün deyil, həm də dərəcə almaqdan ötrü tədris proqramları üçün istifadə olunur. MBA ixtisası dedikdə, orta və yüksək manqanın rəhbərinin işini yerinə yetirməsi bacarığı başa düşülür. Adətən MBA proqramı üzrə tədris dövrü bir ildən iki ilə qədər vaxt aparır.
Dünyanın top biznes-məktəblərindən birində əldə edilmiş MBA dərəcəsi – dünyanın məşhur korporasiyalarında top-menecer vəzifəsinə “açar” və öz potensialını menecer kimi tam göstərmək imkanıdır!

Bu il Azərbyacanda MBA dərəcəsini Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri), Azərbaycan Universiteti, Qərb Universitetit, Xəzər Universitetiti, Qafqaz Universiteti və Odlar Yurdu Universitetində almaq mümkündür.

Azərbaycan Dövlət İqtisad Universiteti

MBA proqramı, universitetdə Moskva Dövlət İqtisad, Statistika və İnformatika Universiteti ilə «Biznesin təşkili və idarə edilməsi üzrə magistrlərin hazırlanması, professor-müəllim heyətinin və inzibati işçilərin təkmilləşdirilməsi» sahəsində bağlanmış müqavilə əsasında 2001-ci ilin dekabrında yaradılmışdır. MBA proqramının tədris planları Kaliforniya Universiteti və Çikaqo Biznes Məktəbində olan tədris planlarına çox yaxındır. Mühazirələri əsasən Universitetin xarici ölkələrdə iş təcrübəsi olan müəllimləri, digər universitetlərin tanınmış professorları, eləcə də xarici ölkələrdən dəvət olunmuş professorlar aparır. Tədris rus və azərbaycan sektorlarına birgə, rus, azərbaycan və ingilis dillərində aparılır.

İxtisas

Təhsil forması

Plan yerləri

Təhsil haqqı (Ə)

Təhsil haqqı (Q)

Biznesin təşkili və idarəedilməsi (maliyyə üzrə)

Əyani/Qiyabi

155

2000

1500

Biznesin təşkili və idarəedilməsi (beynəlxalq biznes üzrə)

Əyani/Qiyabi

155

2000

1500

Biznesin təşkili və idarəedilməsi (marketinq üzrə)

Əyani/Qiyabi

80

2000

1500

Biznesin təşkili və idarəedilməsi (menecment üzrə)

Əyani/Qiyabi

100

2000

1500

Biznesin təşkili və idarəedilməsi (ümumi təyinatlı)

Əyani/Qiyabi

100

2000

1500

 Xəzər universiteti

Universitənin MBA (Master of Business Adminis¬t¬ration) proqramı üzrə magistraturasına, hansı ixtisası bitirməsindən asılı olmayaraq, ali təhsil haqqında dip¬lomu olan bütün şəxslər sənəd verə bilərlər.

Xəzər universitetinin MBA proqramının üstünlüyü odur ki, bu ixtisaslar yüksək kvalifikasiyalı, xaricdə təhsil almış müəllimlər tərəfindən tədris olunur. MBA proqramında dərslər adətən ingilis dilində aparılır. Tələbələrin arzusunu nəzərə alaraq dərslərin şənbə, bazar, digər günlər isə axşamlar təşkil edilməsi müm¬kün¬dür. Dərslər adətən 18:00-da keçirilir. Təhsil haqqı tələbələrin götürdüyü kreditlərin sayına uyğun, müqavilə əsasında ödənilir. Bir kredit üçün ödəniş 100 AZN-dir.

İxtisas

Təhsil forması

Plan yerləri

Təhsil haqqı

Dünya iqtisadiyyatı –Beynəlxalq İqtisadi münasibətlər

Əyani

10

Dünya iqtisadiyyatı –xarici iqtisadi fəaliyyət

Əyani

5

Mühasibat uçotu və Audit (istehsal sferasında)

Əyani

5

Mühasibat uçotu və Audit (xidmət sferasında)

Əyani

5

Maliyyə (Bank işi)

Əyani

8

Maliyyə (Maliyyə menecmenti)

Əyani

7

Marketinq (sahələr üzrə)

Əyani

4

Biznesin təşkili və idarəedilməsi

Əyani

15

 “Qafqaz” Universiteti

(Azərbaycan və rus bölmələri birgə), tədris azərbaycan dilindədir.

İxtisas

Təhsil forması

Plan

Təhsil haqqı

Dölət sifarişi

Ödənişli

İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi –idarəetmədə informasiya sistemləri

Əyani

25

1850

Biznesin idarəedilməsi –biznesin təşkili və idarə edilməsi

Əyani

30

1850

 “Azərbaycan” Universiteti

Azərbaycan və rus bölməsi birgə, tədris ingilis dilindədir. “Azərbaycan” universiteti (AU) Corciya Dövlət Universiteti (CDU, Atlanta, ABŞ) və Qafqaz Universitetinin (QU, Tbilisi, Gürcüstan) birgə Biznes İnzibatçılığı üzrə dual magistratura (MBA) proqramı. Təhsil yalnız ödənişi əsaslarladır.

İxtisas

Təhsil forması

Plan yerləri

Təhsil haqqı

Biznesin təşkili və idarəedilməsi (maliyyə üzrə)

Əyani

20

2000

Biznesin təşkili və idarəedilməsi (menecment üzrə)

Əyani

15

2000

Mühasibat uçotu və Audit (istehsal sferasında)

Əyani

8

2000

Mühasibat uçotu və Audit (xidmət sferasında)

Əyani

7

2000

Biznesin təşkili və idarəedilməsi (ümarketinq sahəsi üzrə)

Əyani

10

2000

 Azərbaycan Dövlət Neft Akademiyası

Azərbyacan və rus bölməsində təhsil birgə təşkil olunur.”Biznesin İdarəolunması üzrə Magistrlərin hazırlanması və professor-müəllim heyətinin təkmilləşdirilməsi” üzrə ABŞ-ın Corciya Dövlət Universiteti ilə ADNA-nın birgə MBA proqramı üzrə, tədris ingilisdə aparılır. (Təhsil yalnız ödənişli əsaslarladır)

İxtisas

Təhsil forması

Plan yerləri

Təhsil haqqı

MBA – Biznesin təşkili və idarəedilməsi

Əyani

70

1800

İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi-İdarəetmədə informasiya sistemləri (tətbiq sahələri üzrə)

Əyani

30

1800

Qərb universiteti

(Tədris azərbaycan və rus bölmələrinə birgə aparılır. Təhsil yalnız ödənişli əsaslarladır)

İxtisas

Təhsil forması

Plan yerləri

Təhsil haqqı

 Biznesin təşkili və idarəedilməsi

Əyani

5

2500

Biznesin təşkili və idarəedilməsi (kommersiya sahəsi üzrə)

Əyani

1

2500

Biznesin təşkili və idarəedilməsi (mehmanxana və turist biznesi sahəsi üzrə)

Əyani

2

2500

Biznesin təşkili və idarəedilməsi (bank işi sahəsi üzrə)

Əyani

2

2500

Biznesin təşkili və idarəedilməsi (maliyyə sahəsi üzrə)

Əyani

2

2500

Biznesin təşkili və idarəedilməsi (otelçilik sahəsi üzrə)

Əyani

1

2500

Biznesin təşkili və idarəedilməsi (restoran sahəsi üzrə)

Əyani

1

2500

Biznesin təşkili və idarəedilməsi (Beynəlxalq biznes sahəsi üzrə)

Əyani

1

2500

Biznesin təşkili və idarəedilməsi (Reklam işi sahəsi üzrə)

Əyani

1

2500

 “Odlar Yurdu” Universiteti

İllik təhsil haqqının məbləği 2500 manatdan çox olmamaqla, kreditlərin sayına uyğun, müqavilə əsasında təyin olunur, tədris Azərbaycan və rus bölməsində birgə aparılır.

İxtisas

Təhsil forması

Plan yerləri

Təhsil haqqı (Ə)

Təhsil haqqı (Q)

Dünya İqtisadiyyatı-Beynəlxalq iqtisadi münasibətlər

Əyani/Qiyabi

6

0-2500

0-2500

Maliyyə -maliyyə nəzarəti və audit

Əyani/Qiyabi

30

0-2500

0-2500

Biznesin təşkili və idarəedilməsi

Əyani/Qiyabi

15

0-2500

0-2500

Magistratura üzrə – MBA proqramında Lincoln Universiteti ilə Odlar Yurdu Universitetinin birgə hazırladığı tədris planı əsasında həyata keçirilir. Bütün dərsləri Lincoln Universiteti ilə Odlar Yurdu Universiteti tərəfindən seçilmiş yerli və xarici müəllimlər tədris edir. Proqramı müvəffəqiyyətlə bitirən tələbələrə yuxarıda göstərilən ixtisaslar üzrə ABŞ Lincoln universitetinin sertifikatı verilir.

Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)

Təhsil yalnız azərbaycan bölməsi üzrə aparılır.

İxtisas

Təhsil forması

Plan yerləri

Təhsil haqqı (Ə)

Təhsil haqqı (Q)

Menecment (alman proqramı)

Əyani/Qiyabi

13

1200

1000

Son xəbərlər
Digər xəbərlər