13 C
Baku
Thursday, April 18, 2024

MBA proqramı üçün CV-nin yazılışına dair altı məsləhət

Düzgün şəkildə tərtib edilmiş CV, qəbul prosesi zamanı sizin üçün əlavə bir bonus olacaqdır. İdeal CV-nin (curriculum vitae) yazılışına dair altı məsləhət:

1. CV qısa olmalıdır.

Biznes-məktəbə qəbul olmaq məqsədilə yazılmış CV dissertasiya deyil. Uzun cümlələrdən istifadə etməyin, çünki heç kim onları oxumayacaq. Çalışın bütün informasiyanı 1-2 A4 səhifəsinə yerləşdirəsiniz.

2. Nailiyyətləriniz üzərində vurğu edin.

İnsanların bir çoxu CV-də yalnız təhsil aldığı müəssisələri və keçmiş iş yerlərini sadalayırlar. Bu düzgün deyil. İş təcrübənizi təsvir etdiyiniz zaman “situasiya, vəzifələr, sizin atdığınız addımlar, nəticələr” sxemindən istifadə etməyiniz tövsiyə olunur. Axırıncı punkt çox önəmlidir.

3. Qeyri-rəsmi “face-control” dan keçin.

Hər bir biznes məktəbin namizədə qarşı irəli sürdüyü tələblər vardır. Sizin əsas vəzifəniz isə onları öyrənməkdir. Məsələn, Harvard universitetində individuallıq və fədakarlıq kimi keyfiyyətlərə xüsusi diqqət yetirilir.

4. Hobbinizi unutmayın.

Yəqin ki 24/7 işləyən bir işçi ilə ünsiyyət qurmaq sizin üçün o qədərdə maraqlı olmayacaq. Məktəbin əməkdaşları da belə düşünürlər. Buna görə CV-də hobbinizin bir neçəsini göstərməyiniz məqsədəuyğun olar.

Biznes-məktəbinə qəbul olmaq üçün təkcə iş təcrübəsi deyil, yüksək motivasiya da tələb olunur. Həyatınız boyu nəyə nail olduğunuzu, necə dəyişildiyinizi göstərin.

5. Sosial şəbəkələr sizin üçün bir nömrəli düşmənə çevrilə bilərlər.

Facebook və ya LinkedIn səhifənizdəki dəxilsiz informasiyanı  gizlətməyi unutmayın. Bu, Bali adasında istirahət zamanı çəkilmiş şəkillərə və ya korporativ yığıncaqlarda baş vermiş hadisələri əks etdirən informasiyaya da aiddir.

 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər