3 C
Baku
Saturday, December 14, 2024

MBA proqramı üzrə təhsil haqqını ödəyən üç investisiya bankı

Əməkdaşlarının MBA təhsilinin haqqını ödəyən investisiya bankların sayı olduqca çoxdur. Öz inkişafını bank sektorunda görən insanlar üçün, MBA proqramı köməkçi vasitə olsa da, zəruri bir şey deyil.

MBA-nın üstünlükləri

Son onilliklər ərzində MBA proqramları çox geniş yayılıb. Buna baxmayaraq qeyd etmək lazımdır ki, keyfiyyətli biznes təhsili xeyli xərc tələb edir. Proqramların əksəriyyəti tələbəyə 50 000 dollardan yuxarı qiymətə başa gəlir və iki illik müddət üçün nəzərdə tutulur. Şirkət öz əməkdaşlarına kömək etmək məqsədilə, bu məbləğin müəyyən hissəsini ödəyə bilər.

İnvestisiya bankında çalışanlar bilirlər ki, MBA təhsili onların karyera yüksəlişi üçün müsbət rol oynayır. Məsələn, təcrübəli bankirlərin əksəriyyəti bu dərəcələrdən birini alıb. İnvestisiya bankirləri nəzərə almalıdırlar ki, bir sıra bank funksiyaları üçün MBA daha önəmlidir. Ticarət, satış və ya portfelin idarə edilməsi sahəsində çalışanların mövqeyi bir qədər fərqlidir.

İnvestisiya bankirləri nəzərə almalıdırlar ki, menecerlər ali məktəblərdə təhsil almış namizədləri cəlb etməyə meyllidirlər, bu səbəbdən MBA dərəcəsi hər hansısa daha az nüfuzlu məktəbin dərəcəsindən üstün ola bilər. İnvestisiya banklarının öz əməkdaşlarına MBA təhsilini almaqda fərqli qaydada yardım edirlər.

Goldman Sachs

Goldman Sachs Group Inc. – dünyanın ən böyük investisiya banklarından biridir, öz əməkdaşlarına MBA təhsilini almaqda kömək edir. Bu şirkət, həmçinin biznes-məktəblərin birinci kurs tələbələri üçün də təqaüdlər təklif edir. Tələbələr arasında seçim etmək üçün, şirkət Summer Associate müsahibəsini keçirir. Təqaüd qazanmış şəxslər əlavə olaraq 25 000 dollar cuvarında pul mükafatı alırlar. Yay təcrübə proqramını uğurla başa vurmuş və tam iş gününə keçmiş şəxslər isə Goldman Sachs-dan 50 000 dollar qazanırlar.

Baird

Baird – Robert W. Baird & Co. Inc. Baird Scholar proqramın əməkdaşları tərəfindən maliyyələşdirilən və MBA üzrə təhsil haqını tam olaraq qarşılayan təşkilatdır. Proqram başlanğıcda müvəffəqiyyət qazanmış və investisiya-bankçılıq sahəsinə öz sadiqliyini nümayiş etdirmiş şəxslər tərəfindən idarə olunur.

Təşkilatın təklif etdiyi imkanlardan yararlanmaq üçün, Baird ilə əməkdaşlıq edən biznes-məktəblərin birində MBA təhsilini almaq və sonra mütəxəssis kimi işə qəbul olmaq tələb olunur. Qeyd etmək lazımdır ki, ilk tədris ilinin yay tətilində də, Baird-da işləməli olacaqsınız.

Credit Suisse

Credit Suisse Group AG – MBA təqaüdünə malik olan və müəyyən məqamlarda Goldman proqramına bənzəyən təşkilatdır. Credit Suisse təqaüd proqramı, öz diqqətini, əsasən, biznes-məktəblərin birinci kurs tələbələri üzərində cəmləşdirir. Adətən tələbələr qismində latın amerikalılar, afro amerikalılar və ya yerli amerikalılar çıxış edir.

Namizəd biznes-məktəblərin birində MBA proqramı üzrə təhsil almalı və yay təcrübə proqramında iştirak etmək imkanına malik olmalıdır. Eyni zamanda tələbələr investisiya bankçılığı, liderlik, akademik dairələr və onların peşəkar həyatlarına maraq göstərməlidirlər.

Təqaüd 15 000 ABŞ dolları təşkil edir, eyni zamanda namizədlər Credit Suisse proqramının yay təcrübə proqramını bitirəndən sonra işə qəbul olmaq imkanını əldə edirlər. Bu halda tələbə daha 15 000 ABŞ dolları qazanır.

Nəticə

Düzü, hər şey göründüyü kimi sadə deyil, belə ki, yuxarıda göstərilmiş imkanlardan yararlanmaq istəyən şəxslər, bir neçə məqama diqqət etməlidirlər. Birincisi, mütləq deyil ki, aldığınız MBA təhsili sizə karyera yüksəlişinə nail olmaqda kömək edəcək. Səbəb çox sadədədir – bu təhsil investisiya-bankçılıq sahəsində o qədər də geniş yayılmayıb. Bu sahədə müvəffəqiyyətli olan şəxslərin çox hissəsi MBA təhsilli deyil. Nəhayət, investisiya banklarının çoxu adətən ən yaxşı biznes-məktəblərin tələbələrini əməkdaşlığa cəlb edirlər, ona görə də seçdiyiniz biznes-məktəbin nüfuzuna xüsusi diqqət yetirməlisiniz.

Son xəbərlər
Digər xəbərlər