13 C
Baku
Tuesday, December 24, 2024

MBA qəhrəmanı: Xalid Əhədov, Unibank İdarə Heyətinin sədr müavini

“Yaponlarda ‘kaizen’ kimi tanınan belə bir anlayış vardır, Unibankın İdarə heyətinin sədr müavini Xalid Əhədov söyləyir. Əgər hərfi tərcümə etsək, onda bu söz davamlı inkişaf və yaxşılığa doğru dəyişiklik anlamına gəlir. Bu konsepsiyaya əməl etmək isə bilikləri daima artırmaq və şəxsi inkişafa doğru irəliləmək naminə hərəkət etmək mənasını ifadə edir.

Məhz bu ideya 2011-ci ildə Əhədovu Azərbaycan Dövlət Fondunun maliyyə resurslarına arxalanaraq, biznes məktəbə daxil olmağa ruhlandırdı (Əhədov digər azərbaycanlılara buna nəhəng maliyyə yatırımı kimi yanaşmağı tövsiyə edir). “Həmin andan bu, sanki mənim həyatımın bir hissəsinə çevrildi: özünü inkişaf etdirmə mənim gündəlik hədəfimdir. Mən ümumi menecment və bank sahəsindəki təcrübəmi inkişaf etdirmək məqsədi ilə biznes məktəbə yazılmağa qərar verdim.

Lakin bu, onun peşəkar təkmilləşmə yolunda edilən ilk cəhdi deyildi. “Mən təlimlərə maliyyə analitiki qismində başladım və fikrimi dəyişənə qədər artıq ilk iki imtahan səviyyəsindən keçmişdim. Bu həddindən artıq çox texniki bir fənn idi. Beləliklə, mən öz ixtisasımı hər-tərəfli tamamlamaq əvəzinə, beynəlxalq MBA arxasınca getmək qərarı verdim”.

O, ilk dəfə İE (Instituto de Empresa) universiteti ilə İstanbulda baş tutan QS World MBA Tour Fair sərgisində tanış oldu. Bu ilki namizədlərin isə şansları daha çox gətirmişdir, çünki bu il sözügedən tədbir fevralın 26-da Bakıda baş tutacaq və onda iştirak etmək üçün namizədlər ölkəni tərk etməli olmayacaq. Bəs bu məktəbdə onu cəlb edən nə idi? Səbəblərdən biri onun bizə verdiyi cavabda gizlənir –bu məktəb məhz biznes (sahibkarlıq) sahəsi üzrə fokuslaşıb. “Mən düşündüm ki, Azərbaycanın bank təşkilatlarında sahibkarlıq yanaşması çatışmır. Ona görə də mən belə qənaətə gəldim ki, bu mənim üçün çox yaxşı bir fürsət ola bilər”.

Bəs o necə düşünür, keçdiyi kurs ona bu məsələdə köməyi oldumu? “Əlbəttə, özü də ən yüksək səviyyədə” o, qətiyyətlə cavab verir. “Mən analitik qabiliyyəti olan sıradan bir gənc idim, lakin mən çoxsaylı digər perspektivləri görməkdə çətinlik çəkirdim”. O, belə hesab edir ki, xüsusilə onun tərəfindən seçilmiş korporativ sahibkarlıq və korporativ vençurinq modulları onu düzgün istiqamətdə yönəltdi.

Xüsusilə də öz ideyalarımı işlədiyim təşkilatda təqdim etmək lazım gələndə, qeyd etdiyim nüans mənim köməyimə çox çatmış oldu. Bundan ötrü sizə diplomatiya lazımdır, həmçinin kifayət qədər resursun olmadığı təqdirdə, bütün qüvvəni səfərbər edərək, ortaya nə isə çıxarmaq üçün sizdən kifayət qədər səriştəli olmaq və yeni riskli layihələri təqdim edərkən proyekt menecmenti bacarıqlarına sahib olmaq tələb olunur.

Heç şübhəsiz ki, bu zaman Əhədovda baş qaldıran məhz sahibkarlıq ruhu idi. O, Azərbaycana bir-başa bankçılığın tətbiqi kimi vacib nailiyyətə görə qürur duya bilər. “Üç ya dörd ayın içərisində bu layihə öz bəhrəsini verməyə başlayır. Hal-hazırda bizim satışların 30%-i məhz bizim bir-başa bank departamentimizin öhdəsinə düşür “O, belə bir innvovasiyanın əhəmiyyətini vurğulayır, “Biz elə bir dövrdə yaşayırıq ki, bütün dünya üzərindəki maliyyə xidmətləri eynidir, ona görə də bu gün yaradıcı yanaşma fövqəladə əhəmiyyət daşıyır”.

Biznes sahibkarlığı Əhədovun İE universitetində təhsil aldığı zaman nailiyyətləri sırasına əlavə olunan yeganə ştrix deyildi, bəlkə də növbəti qeyd etdiyimiz amil o qədər də heyrətləndirici səslənmir, lakin əhəmiyyət baxımından heç də birincidən geri qalmır, söhbət təvazökar davranışdan gedir: “Mən MBA təhsilini 31 yaşımda almışam, bəzən insana elə gəlir ki, əgər sən öz ölkəndə müvəffəqiyyət qazanmısansa, demək hər şeyi bilirsən. Lakin sən eyni fikirdə olan çoxlu başqa insanlar ilə əhatə olunursan. Ən maraqlısı isə ilk modulun imtahanlarından sonra baş verir, nəticələri əlinə alanda sözün əsl mənasında şok yaşayırsan. Sən başa düşürsən ki, heç də hər şeyi bilmirsən. Sənin komanda quraraq, onun bir oyunçusuna çevrilməyə və ətrafına yaxşı insanlar toplamağa ehtiyacın yaranır”.

Əhədov bildirir ki, təhsil zamanı onun nəinki müəllim və professorlardan, həmçinin də öz həmkar və yoldaşlarından öyrənmək imkanı olub. Göz qabağında olan faydalar içərisində isə 100-dən artıq fərqli ölkədə əldə edilən kontaktları misal göstərmək olar, müxtəlif vəzifə və funksiyaları icra edən bu insanlar həmişə, hər zaman sizinlə öz təcrübəsini paylaşmaqdan məmnun qalırlar.

Sizə özünüzü və dünyanı tanımağa və daha sonra isə planları gerçəkləşdirməyə cəsarət verən bu kursun strukturu, ona həm də belə bir ideyanın mahiyyətini anlatdı: Siz həyatınız boyu sahib olmadığınız səriştələrin arxasınca qaçmalı deyilsiniz Əksinə, sizin üçün icrası rahat olmayan tapşırıqların həll edilməsi üçün lazımi səriştəsi olan insanı tapmalısınız. Amma əgər söhbət sizin başlıca səriştənizdən gedirsə, onda siz onu təkmilləşdirmək üçün dönə-dönə cəhd etməlisiniz.

Bu, yenə də bir az kaizen prinsipinə oxşar səslənir və həqiqətən də Əhədov qazandığı zəfərlərdən sonra “öz dəfnə yarpaqlarının üzərində dincəlmək” fikrində deyil. Bu il o, Harvardda qısamüddətli icraedici proqramda iştirak edəcək. O, inanır ki, digər həmkarları da ondan nümunə götürməlidir: “Biznes dünyasında nə baş verdiyindən agah olmaq və yeni yaranan biliklərdən yaralanmaq üstünlüyünü əldə etmək üçün, siz hər il heç olmasa qısamüddətli bir təkmilləşmə kursu keçməlisiniz.

Bəs o, MBA təhsilini sərfəli investisiya hesab edirmi? Bəli, bu labüddür, hər bir ambisiyalı insan bunu etməlidir. Dayanmadan genişlənən və inkişaf edən təkcə biznes dünyası deyil, həm də əmək bazarıdır. Daima ön cərgələrdə olmaq üçün siz MBA təcrübəsi qazanmalısınız, axı bu əslində adi üç hərfdən və ya kiçik abreviaturadan daha böyük məna kəsb edir, sadəcə professional deyil, həm də şəxsi həyat perspektivləri baxımından o, sözlərinə belə yekun vurur.

Fevralın 26-da Bakıda baş tutacaq, QS World MBA Tour tədbiri çərçivəsində MBA Careers Panel ərzində Xalid Əhədov və dünyanın top biznes məktəblərinin digər məzunları ilə rastlaşmaq imkanı əldə edin.

Qeydiyyat artıq başlamışdır.

Son xəbərlər
Digər xəbərlər