MBA təhsili nədir?

0

MBA (master of business administration)  – iqtisadiyyat və menecment sahəsində magistr dərəcəsidir.

MBA təhsili haqqında çox şey deyirlər: MBA əmək haqqının dəfələrlə artmasına kömək edəcək, top-menecer vəzifəsini əldə etmək imkanını yaradacaq, əmək bazarında iş seçimi azadlığını bəxş edəcək… Bütün bunlar reallığa uyğun gəlirmi?

MBA anlayışı haradan gəlib


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

MBA anlayışı, təxminən 20-ci əsrin əvvəlində ABŞ-da meydana gəlmişdir. Bu təhsilin əsas vəzifəsi, biznes üçün idarəçiləri yetişdirməkdən ibarət olub. Qısa bir zamanda MBA, amerikan əmək bazarında xüsusi bir standarta çevrildi. Bu, təhsilin yüksək səviyyəsindən və tələbələrə qarşı irəli sürülən tələblərdən irəli gəlir. ABŞ-da MBA üzrə təhsil almaq, heç də asan iş deyil.

MBA – praktiki təhsildir

MBA təhsilinin əsas üstün cəhəti odur ki, burada nəzəri biliklərə yox, praktiki bacarıqlara üstünlük verilir. Tələbələr qarşılarına qoyulmuş real məsələləri həll edirlər, müəllimlər də müvafiq olaraq məsləhətçilər, idarəçilər və direktorlardan təşkil olunur.

Dərslər özündə biznes oyunların, təlimlərin və mühazirələrin  keçirilməsini, fərdi layihələrin yaradılmasını və müdafiə edilməsini, daim komanda işini ehtiva edir.

Təbii ki, burada təhsil formasından da çox şey asılıdır (əyani, qiyabi, distansion).

MBA, ikinci ali təhsil, yoxsa magistratura. Nəyi seçək?

Çox vaxt insanlar özlərinə sual verirlər: “nə seçim, MBA, ikinci ali təhsil, yoxsa magistraturanı?”. Yuxarıda artıq qeyd edildiyi kimi, MBA təhsilinin əsas fərqləndirici cəhəti onun praktikaya əsaslanmasıdır. Magistratura və ikinci ali təhsil isə tələbələrin nəzəri hazırlığına yönəlirlər.

MBA-nın digər üstün cəhəti – müəllimlərdir. Müəllimlər nə qədər güclü olsalar, təhsil proqramı da bir o qədər güclü olur.

MBA təhsilinin növləri

MBA proqramlarının bir çox növü var:

  • EMBA (Executive MBA), yalnız top-menecerlərə istiqamətlənib.
  • Full-time MBA – əyani təhsil. Məşhurluğu ilə o qədərdə seçilmir. Əsas səbəb eyni anda həm oxumaq, həm işləmək imkanının olmamasıdır.
  • Part-time MBA – əyani-qiyabi təhsil. Dərslər axşam, həftəsonu (məsələn, iş günlərində həftədə 2 dəfə və bir istirahət günü, və ya iki istirahət günü) və ya modul sistemə malik ola bilər (məsələn, ayda 4 tam gün).
  • Distansion təhsil – hal-hazırda bu format daha da məşhur olur. Özünəməxsus müsbət və mənfi cəhətlərə malikdir.
  • Mini – MBA – menecerlər üçün 6 aylıq hazırlıq kursdur. Müsbət cəhətlərinə təhsil haqqının nisbətən daha aşağı olması və vaxta qənaət olunması aiddir.

MBA proqramlarının ixtisaslaşması

  • MBA Start (General Management) – menecer üçün baza təhsili rolunu oynayır.
  • MBA Professional. Dar ixtisaslaşmış sahələri (marketinq, işçi heyətinin idarə olunması, satışlar və s.) və ya sənaye proqramlarını (logistika, HoReCa, riteyl, istehsal, quruculuq və s.) nəzərdə tutur.

MBA nə üçün lazımdır?

MBA təhsilinin üstünlükləri:

  • Təcrübi bacarıqlar və biliklər. MBA – korporasiya direktorları ilə ünsiyyəti, materialın müasir şəkildə təqdim edilməsi, praktiki ev tapşırığıdır. Bütün bunlar, özünə və karyeraya çox yaxşı bir yatırımdır.
  • Qrup yoldaşları ilə təcrübə mübadiləsi. Bəlkə də, bu, biznes təhsilində ən vacib məqamlardan biridir.
  • Tanışlıqlar və əlaqələr. Təhsil aldığınız zaman bir çox maraqlı və aktiv insanlarla tanış ola bilərsiniz (həm müəllimlər, həm də tələbələr).
  • Dünya görüşünün genişlənməsi. MBA özündə biznes idarəçiliyinin bütün aspektlərini birləşdirir: idarəçilik, marketinq, satışlar, HR, layihələrin idarə olunması və s.
  • MBA iş axtarışı prosesini asanlaşdıra bilər. MBA – namizəd üçün əlavə bir üstünlükdür.

 

MBA əmək haqqına təsir edirmi?

MBA təhsili əmək haqqının deyil, daha çox namizədin peşəkarlığının artmasına kömək edir. Təbii ki, bu da gələcəkdə idarəçinin daha yüksək vəzifə tutmasına kömək edə bilər.

Təcrübə diplomdan önəmlidir

MBA təhsilində bütün üstünlüklərə baxmayaraq unutmayın ki, təcrübə daha önəmlidir. MBA – hər dərdin dərmanı deyil. Hər bir rəhbər ilk öncə namizədin təcrübəsinə və nailiyyətlərinə fikir verir.

MBA həddindən artıq çox təriflənir. Əgər reklama inansaq,  MBA-dan sonra həyatımız gül açmalıdır. İş bizi özü tapacaq, karyera özü qurulacaq, əmək haqqımız isə bir neçə qat artacaq. Bu, həqiqətə uyğun deyil. Öz özünə heç nə olmur.

MBA – əlinizə düşmüş balıqçılıq çubuğudur. Onun köməyi ilə siz çoxlu balıq tuta bilərsiniz. Lakin bu balıqları yenə də özünüz tutmalı olacaqsınız.