12 C
Baku
Bazar, Oktyabr 24, 2021

MBA təhsili sizə nə verə bilər?

Tədqiqatlar göstərir ki, MBA proqramlarını bitirən məzunlar, onların rəhbərliyi altında çiçəklənən şirkətlərin işini və idarə edilməsini daha yaxşı təşkil edirlər.

Dövri mətbuat və biznes tərəfindən olan diqqətə baxmayaraq, menecment alimləri çox da maraqlandırmırdı. ХХ yüzilliyin əvvəllərində Frederik Uinslou Teylor (Frederick Winslow Taylor) elmi menecmentin konsepsiyasını tərtib etmişdir, lakin sonra menecmentin tədqiqatlarının çoxu keys xarakteri daşımışdır. Predmetin konkret misallar (case-study) əsasında öyrənilməsi tədris üçün faydalıdır, lakin bu mütəfəkkirlər üçün pis nəticə verə bilər. ХХІ yüzilliyin əvvəllərində geniş yayılmış keys nümunəsinə Enron şirkətinin misalı buna parlaq sübutdur.

Bizim həmkarlarımız, o cümlədən Harvard, London School of Economics, McKinsey & Co və Stanford-un tədqiqatçıları ilə birlikdə menecmentin təcrübəsini elmi cəhətdən dörd: maliyyə əməliyyatları, monitorinq, planlaşdırma və insan ehtiyatlarının idarə etmə  sahələrində qiymətləndirmək qərarına gəldik Analitiklər komandası menecerlərin cavablarını birdən (ən aşağı nəticə) beşə (ən yaxşı təcrübə) kimi cədvəl ilə 18 parametr üzrə qiymətləndirirdilər. Keçmiş on il ərzində biz bu vasitəni dünyanın 20 ölkəsinin 10 000 şirkətini qiymətləndirmək üçün istifadə etmişik.

Təccüblü deyil ki, çox hallarda yaxşı idarə edilən şirkətlərin maliyyə göstəriciləri uğursuz müəssisələrin belə göstəricilərindən yüksəkdir. Yaxşı idarə edici sistemi olan şirkətlər daha məhsuldar, gəlirli, tez inkişaf edən və müflisləşməyə daha az meyilli olurlar. Məsələn pis (25% prosentilli menecer təcrübəsi olan) göstəriciləri olan və yaxşı (75% prosentilli menecer təcrübəsi olan) idarə olunan şirkətlər haqqında danışsaq, axırıncıların 3% çox kapitalın geri dönməsi göstəricisi var və onlar 70% daha sürətlə artırlar.

Amerikanın üstünlüyü

Menecmentə gələndə isə, amerikalılar hamıdan bir addım qabaqda gedirlər. Barziliya, Çin və Hindistan kimi inkişafda olan ölkələr idarə etmənin uğurlu inkişaf etmə reytinqində sondadırlar.  Yunan şirkətləri də ölkənin hal hazırda son dərəcə ağır problemlərlə mübarizə aparmasını nəzərə alsaq, çox vaxt pis idarə olunurlar. Yaponiyanın və Şimali Avropanın müəssisələri əksər halda yaxşı idarə olunurlar, lakin ABŞ-ın səviyyəsindən geridə qalırlar.

Buna baxmayaraq, daxili reytinqlərdə fərq beynəlxalq reytinqlərdə olduğundan daha çoxdur. Məsələn, baxmayaraq ki, ABŞ-da dünya əhəmiyyətli şirkətlər yerləşir, hətta belə nəhəng bizneslər pis idarə olumaqdan sığortalanmayıblar. Bu, çox halda ailə biznesidir yaxud uzun zaman hərəkətsiz qalmış və rəqabətsiz sektorun şirkət-nümayəndələridir. Həqiqətdə isə, təqribən 15% Amerika şirkətlərinin orta statistik Çin yaxud Hindistan şirkətlərindən daha zəif idarə edilməsi narahatlıq doğurur.

Beləliklə, əgər menecment şurkətin uğurlu fəaliyyəti üçün belə əhəmiyyətlidirsə, nə üçün bir çox müəssisələr pis idarə edilməkdən əziyyət çəkirlər? Ən aydın səbəblərdən biri vərdişlərdir. Yaxşı idarə olunan müəssisələr daha yüksək ixtisaslı əməkdaşları və idarə ediciləri işə qəbul edirlər.  Qabaqcıl təcrübələri tətbiq etmək üçün, təhsil almış menecerlər komandası və ixtisaslaşmış işçi qüvvəsi lazımdır.

Öz növbəsində elmi dərəcə, – məsələn, MBA diplomunun daha yüksək çəkisi var. Əgər bütün şirkətləri MBA məzunlarının faiz nisbətində üç kateqoriyaya bölsək, görünər ki 10% və daha çox faiz nisbətində biznes diplomu olan menecer sıralarında, ümumiyyətlə MBA kursları abituryentləri olmayan şirkətlərlə nisbətdə bizim cədvəldə 0.5 balla irəlidədirlər.   Əgər vəziyyətə digər tərəfdən baxsaq, bu halda “təcrübə” maneəsi miqyas üzrə Yaponiya və Braziliya arasında olan fərqlərlə təxminən üst üstə düşür.  Belə qarşılıqlı əlaqə hətta yerləşdiyi ölkə və onun ölçüsü kimi xüsusiyyətləri nəzərə aldıqda belə qalır.

Nə üçün təhsil yaxşı menecmentlə belə sıx əlaqədədir? Səbəblərin biri seçimdir. Məsələn, MBA tələbələri yaxşı idarə olunan şirkətlər seçimində daha qabiliyyətlidirlər. Lakin biz eləcə də məhsuldar işə müvafiq olan MBA proqramları instrumentarisi toplumunun təcrübəsinin qeyd edilməsi haqqında düşünürük. Bu aşağıdakıları özünə daxil edir:

•    Sərt monitorinq. Top-şirkətlər daimi əsasda bütün istehsal prosesinin monitorinqini keçirirlər. Amerika şirkətlərinin çoxu fəaliyyətlərinin həlledici göstəricilərini başa düşdüyü və izlədiyi vaxt, onların içində ən yaxşıları bu məlumatları fasiləsiz yığırlar, emal edirlər və  qiymətləndirirlər. Onlar əməkdaşlarının rəqiblərindən bir addım irəlidə getmə məqsədi ilə daim təkmilləşməyə  məcbur edən müasir sitemlərə malikdirlər.  MBA tələbələrinə adətən effektiv monitorinq üçün lazım olan vasitələrin alınmasına kömək olan statistikanı və məlumatların analizini öyrədirlər.

•    Cəsarətli planlar. Uğurlu şirkətlər fəaliyyətinin hər mərhələsində maliyyə və qeyri-maliyyə tədbirlərini qiymətləndirərək, qısa və uzunmüddətli məqsədlər təyin edirlər. Bu məqsədlər kifayət qədər sərt, lakin ədalətlidirlər: onlara nail olmaq zaman və qüvvə tələb edir.   MBA kursları iş konsepsiyaları arasında, məsələn, istehsalat və hesaba alma arasında əlaqənin həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə əlaqəni öyrənmək üçün çox vaxt maliyyə üzrə məşğələlər nəzərdə tuturlar.
•    Mükafatlar və stimullar. Top-şirkətlər özlərinin ən yaxşı əməkdaşlarını tanıyırlar və onları bonuslarla, xidmət üzrə yüksəltməklə və digər stimullarla mükafatlandırırlar: onlar başa düşür ki, insan ehtiyatları maliyyə ehtiyatları kimi vacibdir. Aşağı məhsuldarlıq göstəricisi olan işçilər hesablanıb aşkar edilir və treninqlərə göndərilir. Bunların uğursuz keçildiyi halda isə onları sadəcə işdən çıxarırlar. MBA kurslarının tərkibində xidmət üzrə irəliləmənin qarşılıqlı əlaqəsi  və əməyin keyfiyyəti anlayışını daxil edən adətən insan ehtiyatlarının idarə edilməsi bölmələri var.   MBA proqramları üzrə məzun-menecerlər bilirlər ki, bunlar əməkdaşları motivasiya edir və onları aktiv fəaliyyətə sövq edir.

Əgər menecer  işinin tam tsiklini biznes məktəbin stnadart tədris planı ilə müqayisə etsək, bu halda iki konsepsiyanın oxşarlığı aydın şəkildə görünəcəkdir.

Uğur qazanmaq istəyən şirkətlər üçün dərslərin təsiri necədir? Tədris standartlarının durmadan yüksəldilməsi vacib rol oynayacaq. Yaxşı idarə edilən şirkətlərin, təcrübələrini tam şəkildə istifadə edilməsi lazım gələn yüksək ixtisaslı əməkdaşlara ehtiyacları var. Bundan başqa, belə şirkətlərə sadəcə MBA proqramları üzrə məzun menecerlər lazımdır.  Bizim idarə etmənin qiymətləndirilməsi reytinqində yaxşı nəticələr göstərən bəzi şirkətkər, MBA abituryentləri iştirak etmədiyi halda belə işin öhdəsindən əla gəldilər. Eləcə də personalı biznes-məktəblərin məzunlarından ibarət olan və onların şirkətin müvəffəqiyyətli olması üçün çox şey edə bilmədikləri Enron şirkəti haqqında da unutmağa dəyməz. Lakin  biz bütün ölkələrdə və fəaliyyət sahələrində aşkar etdik ki, tərkibində çox sayda MBA proqramları abituryentləri olan şirkətlər daha yaxşı idarə etmə və yüksək maliyyə göstəriciləri nümayiş edirlər. Bizə səbəb-nəticə əlaqələrini təyin etmək çətin olmasına baxmayaraq, bu qarşılıqlı münasibət qismən MBA proqramları inkişaf etdirən riyazı, maliyyə və insan təcrübəsindən doğur.

Son xəbərlər
Oxşar xəbərlər