13 C
Baku
Friday, May 24, 2024

MBA tələbələri üçün çağırış: təhsil kreditləri

Graduate Management Admission Council (GMAC) tərəfindən keçirilən son araşdırmaya görə biznes məktəbin hər üçüncü məzunu öz tələbə kreditini ödəmək barəsində narahatdır, hər beşinci məzunda isə vəziyyət bundan daha artıq gərgindir.

MBA-nın top proqramı üzrə məzunların borcları son bir neçə ildə artmışdır. Buna səbəb isə təhsilə ödənilməli olan məbləğin ilkin əmək haqqından yüksək olmasıdır. Böyük iqtisadi tənəzzül də burada onlara kömək olmadı. Belə ki, bir çox tələbələr aşağı dərəcəli bank hesabları ilə məktəblərə daxil olmuşlar. Wharton və Columbia məktəblərində borcun orta ölçüsü altı rəqəmli məbləğ həcmindədir, Duke, Dartmouth, Yale, Michigan və Virginia’s Darden-də isə bu məbləğ təxminən 90 000 dollardır.

Əlbəttə, kreditlər uzun müddət tələbələrin maliyyə dəstəklərinin bir hissəsi olub. GMAC-ın məlumatlarına əsasən biznes məktəblərin gələcək tələbələrinin yarıdan çoxu (51%) artıq təhsil kreditlərini öz maliyyə dəstəkləri kimi seçiblər.

18% məzun öz borcunun ödənilməsi ilə bağlı ciddi narahatlıqlara sahibdir

GMAC-ın yanvar ayında apardığı araşdırmanın nəticələrinə əsasən kredit ödəməli olan 50% tələbəyə krediti ödəmək barədə suallar verilir. 33 faiz hazırda sahib olduğu maliyyə imkanlarından istifadə edəcəyini, 18 faiz isə bu haqda ciddi narahatlıqlara sahib olduğunu bildirmişdir. Araşdırmalar həmçinin göstərir ki, kredit ödəmə məcburiyyəti biznes məktəblərin məzunlarının təhsil səviyyələrinə təsir göstərmir. Belə ki, kredit ödəmə məcburiyyətli 94% məzun yaxşı və əla təhsilli məzunlar sırasına daxildirlər.

Ümumilikdə GMAC-ın nəticələrinə görə 60% məzun qeyd etmişdir ki, son illərdə kredit şərtləri dəyişməyib. Məzun olunmamışdan bir neçə ay öncə aparılan araşdırmaya əsasən 59% tələbə məktəbi borcla bitirəcəklərini düşünürdülər. GMAC-ın araşdırması isə kredit borcu ilə təhsil səviyyəsi arasında bir əlaqənin olmadığını göstərdi.

GMAC həmçinin təhsil kreditlərinin regional fərqlərini də qeyd etmişdir. Məzunların borclarının ən yüksək olduğu yer ABŞ (63%) və Mərkəzi Asiyadır (78%). Ən aşağı göstərici isə Asiya və Sakit Okean adaları (40%) və Avropaya (44%) məxsusdur.
MBA təhsili üçün tələbələrin kredit götürməsinin səbəbi – əldə ediləcək dərəcə üzrə qazanılan gəlirdir. Ümumilikdə, proqramın növündən asılı olmayaraq, bitirdikdən sonra ilk iki il ərzində məzunlara investisiyaların 50 faizi qaytarılır. 2012-ci ildə araşdırmalar aparıldığı zaman qoyulmuş investisiyaların qaytarılması 38% təşkil edirdi və 2011-ci ildə bu 33% təşkil edirdi. Təxminən 74% məzun bildirir ki, qaytarılan məbləğ onların gözlədikləri məbləğdən ya çox, ya da az olurdu.

2013-cü ildə təhsil alan 86% tələbə öz investisiyalarının onların gözlədikləri nəticələri ya doğrultduğunu, ya da ötüb keçdiyini bildirmişlər. 2012-ci ildə isə bu fikirdə olan tələbələr 67% təşkil edirdilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər